Ermənistanda klan davası

İrəvan və Qarabağ erməniləri
həftə baş verən qarşıdurması onlar istəməsələr belə nəyə qadir
olduqlarını ortaya qoydu. İrəvan erməniləri ilə Qarbağda məskunlaşan
ermənilərin bir-birini bəyənmədikləri bir daha gözlər önünə sərildi. Son
hadisə isə göstərdi ki, söhbət təkcə bəyənməkdən getmir. Söhbət həm də
göz qorxutmaqdan gedir. Hadisələr Qarabağın həqiqətən də nəzarətsiz
zonaya çevirildiyinin aynası oldu.
Ötən həftə Azərbaycanın işğal olumuş rayonlarından biri Laçında baş
verənlər erməni xislətini ortaya qoymuş oldu. İrəvandan gələn
ermənilərin Laçına buraxılmaması, şil-küt olunub geri qayıtmağa məcbur
edilməsi bəzi mətləblərin üstünü açdı. Əvvəla indiyədək qondarma rejim
beynəlxalq reytinqlərdə demokratiyaya, insan haqları, media azadlığı və
daha nəyə görə guya Azərbaycandan yuxarı sırada göstərilirdi. Bu da
mənzərə. Döyülənlər Təsis Parlamenti adlanan müxalifətçilər idi,
döyülənlər qadınlar, uşaqlar idi, döyülənlər çəkiliş aparılması icazə
verilməyən media nümayəndələri, kamerası sındırılan jurnalistlər idi. Və
nəhayət döyən də döyülən də erməni idi. Bir-birini həzm edə bilməyən
İrəvan və Qarabağ erməniləri.
Əvvəla qanlı toqquşma, ermənilərin bir-birinə silahlı hücum etməsi onu
göstərdi ki, qondarma rejimi vəhşi silahlı qruplar idarə edir. Onlara
Ermənistandan gələnləri qorxutmaq tapşırığı verilib. Belə olmasaydı
avtomobil karvanını polisdən əlavə yüksəkliklərdəki silahlılar, əli
dəyənəkli xüsusi təyinatlı dəstələr, maskalı şəxslər qarşılamazdı. Onlar
əmri icra etdilər. İçərisində azyaşlılar, 3 jurnalist olmaqla 20 nəfəri
yaraladılar, 15 avtomobil yararsız hala salındı.
Bəs erməninin erməni qana bulaması kimə lazım idi? Hər halda yürüşdə
iştirak edən 160 erməni müxalifi Qarabağda inqilab edəsi halda nə də
gücdə deyildi. Aksiyanın şüarı da Qondarma soyqırım məsələsi idi. Lakin
göründüyü kimi ermənilər ümumerməni dərdinə acımaq üçün də bir araya
gələ bilmədilər. Qondarma rejimin ehtiyat etdiyi əssas məsələ, onun
havadarları rusların əleyhinə çıxışlar ola bilərdi. Ona görə də bu istək
Laçın koridorundaca güc yolu ilə boğuldu. Çünki müharibədə hər gün
itkilər verən və bunu ictimaiyyətdən gizlədən, qarışıq məlumatlar
çatdıran rejim ən həssas məsələlərdən belə qorumaq tapşırığı alıb.
Yürüş iştirakçılarından Qarabağ komitəsi üzvünün də etirafı diqqət
çəkir. İqor Muradyan qondarma rejimin medalı geri qaytarır və deyir –
Dağlıq Qarabağ heç vaxt dövlət olmayıb və olmayacaq, onlar Rusiyanın
maraqlarına xidmət etmək, böyük qardaşa loyal görünməyə cəhd edirlər.
Dağlıq Qarabağ erməni zonası deyil, Rus zonasıdır.
Dağlıq Qarabağı rusların nəzarətdə saxlaması xəbəri yeni deyil. Qarabağ
erməniləri öz gələcəklərini günü-gündən iqtisadi tənəzzül keçirən
Ermənistanla görmək arzusunda da deyillər. Hələlik onlar ruslara yarımaq
istəyirlər. İndiki halda Rusiyanın öz problemlərinin olduğu bir vaxtda,
Qarabağ erməniləri başqa variantı dəyərləndirə bilərlər. Ermənistanda
da Qarabağ ermənilərinin Rusiya iştahını bilməmiş deyillər. İrəvan
ermənilərinə Laçında edilən hücumdan sonra Gümrüdə bir ailəni yer
üzündən silmiş Permyakovun Moskvadan tələbi də elə-belə deyildi.
Laçındakı hücumdan sonra Ermənistan hakmiyyəti müxalifətin sərt
tənqidinə tuş gəldi. Hər kəs açıqlama gözləyir – əslində nə baş verir.
Bu toqquşmalar həm də onu göstərdi ki, vəhşi silahlı qruplaşmalar
Qarabağda zona yaradıblar. Qondarma rejmini bəyanatında baş verənlərlə
bağlı deyilir. Təşviqat avtoyürüşü Dağlıq Qarabağda geniş ictimai
dairələrdə mənfi reaksiya doğurub və əhalinin əksər hissəsi yürüş
iştirakçılarının Qarabağa daxil olmasının qarşısını almaq qərarına
gəlib. Deməli yürüş iştirakçıları Xankədinə getsəydi, orda
məskunlaşdırılan ermənilərlə əlbəyaxa olacaqdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=17045