ABŞ-dan bütün dünyaya vulkan təhlükəsi
“ABŞ-dakı Yelloustoun vulkanı yaxın günlərdə oyana
bilər”. Bu iddia ilə amerikalı
vulkanoloq Henka Hesler çıxış edib. O, son günlər Yelloustoun vulkanı yaxınlığında 60 yeraltı təkanın qeydə
alındığını bildirib:
“Bu vulkan püskürsə, onun qatı dumanı bütün dünyanı bürüyəcək və yerin iqlimi
dəyişəcək. Yelloustoundan ən çox əziyyəti Amerika çəkəcək. O, təxminən iki
həftə sonra oyana bilər”.
Qeyd edək ki, alimlər Yelloustoun vulkanının 30 min ildən bir oyandığı
qənaətindədirlər. Bəzi vulkanoloqların iddiasına görə, bu vulkan sonuncu dəfə
hətta 60 min il əvvəl püskürüb. Xatırladaq ki, Yelloustoun vulkanının püskürməsi ABŞ-da dünyanın sonunun
başlanğıcı kimi qəbul edilir və bu mövzulu film və romanların süjetlərində də
bunu müşahidə etmək mümkündür.
Short URL: http://www.cumhuriyyet.net/?p=17047