Arif Quliyevin 85 yaşlı anası tapıldı
ATV kanalında yayımlanan “Səni Axtarıram”verilişinə qatılan 85
yaşlı Qızbəs Səmədova ötən verilişdə Azərbaycanda çox məşhur olan bir
şəxsin onun oğlu olduğunu iddia etmişdi. ATVxəbər.az-ın məlumatına görə, verilişin bazar günü
efirə gedən buraxılışında Qızbəs Səmədovanın oğlu olduğunu dedidyi
şəxsin adı açıqlanıb.
Bu Azərbaycanın xalq artisti Arif Quliyevdir: “Mən onu atmamışam. Atası rəhmətə gedəndən sonra yenidən ailə qurdum.
Övladımı bibisi sünnət etdirmək üçün məndən alıb apardı və geri
gətirmədi. Sonradan məlum oldu kı,onu uşaq evinə verib. Efirlərin
birində Arifin həyat hekayəsini izləyəndə bildim ki, mənim oğlumdur”, –
deyə Qızbəs Səmədova bildirib.
Qeyd edək ki, məsləyə aydınlıq gətirmək üçün xalq artisti Arif Quliyev
studiyaya gəlib. “Səni Axtrarırm”ın növbəti buraxılışında gerçəklər üzə
çıxacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=17049