Deputat oğlunun ərköyünlük məcaraları
Ayaz Orucuvun oğlu bir il ərzində iki dəfə Bakı küçələrində qalmaqala görə media gündəminə gəlib
bahalı həyat tərzi yaşamağı xoşlayırlar və buna vərdiş ediblər. Ataları
müxtəlif dövlət vəzifələrində çalışan bəzi В«gül balaВ»lar şəhərimizin elit
məkanlarına, o cümlədən xarici ölkələrə üz tutaraq ürəkləri istəyən formada
əylənirlər. Təbii ki, onlar əyləncələrinə külli miqdarda vəsait sərf edirlər.
Bəzi məmurların balaları istirahətləri ilə yanaşı, sürdükləri maşına,
paltarlarına, yaşadıqları mənzillərə və digər məsələlərə xüsusi diqqət
yetirirlər. Bir-birindən geri qalmaq istəməyən vəzifəli şəxslərdən bir
neçəsinin övladı bacardıqları qədər oliqarx həyat şəraitinə meyl edirlər.
imkanlarını, sərvətlərini nümayiş etdirən bəzi məmur balaları bir çox hallarda
sadə vətəndaşlara qarşı haqsızlıq edir, ümumiyyətlə, cəmiyyətdə asayişi pozaraq
özlərini normal apara bilmirlər. İş o yerə çatıb ki, bu məsələyə dövlət başçısı özü müdaxilə etmiş və geniş toplantıların birində məmur övladlarının qudurğanlığını dilə gətirmişdi: “Vəzifəli şəxslərin uşaqları
qudurğanlıq edir, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim
onlara bu statusu verib cəmiyyətdə? Onların necə deyərlər, güvəndiyi adamları
mən təyin eləmişəm vəzifəyə. Mən də çıxaracağam, lazım bildikdə. Bir də bilsəm
ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara
bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq…”. Amma prezident səiyyəsində sərt xəbərdarlığa baxmayaraq bəzi məmurların uşaqları cəmiyyətdə
narazılıqla qarşılanan hərəkətlərini davam etdirirlər ki, bunlardan biri də
Milli Məclisin deputatı Ayaz Orucovun oğlu İsmayıl Orucovdur.
oğlunun törətdiyi əmələ bu günə kimi hüquqi qiymət verilməyib. Bu
əməli sadə vətəndaş törətmiş olsaydı, çoxdan barəsində cinayət işi qaldırıb
həbsə atmışdılar. Amma deputatın oğlu hələ də azadlıqda gəzir. Bu azmış kimi,
10 BB 111 nömrəli В«Mercedes GalenvagenВ», o cümlədən 10 PP 177, 10 AK 177 və 90
HH 177 nömrəli bahalı avtomobillər sürən məmur oğlu yeni özbaşınalıqlar
törədir. Belə ki, bu hadisədən heç bir il keçməmiş İ.Orucov yenə öz avtomobili ilə qalmaqal müəllifi oldu. Belə ki, bir neçə gün öncə deputatın oğlu sərxoş vəziyyətdə avtomobil edarə etdiyi
üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu
barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, hadisə bir neçə gün
əvvəl Bakı şəhərində qeydə alınıb. Deputat oğlu yol polisi tərəfindən
saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının
deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da
bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun
sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib. Deputat
oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb.
görə, deputat Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək
oğluna protokol yazan yol polisi əməkdaşının cəzalandırılmasını istəyib.
Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Daxili İşlər Nazirliyinin
mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov avtosfer.az-a
bildirib ki, deputatın qalmaqal yaradaraq DİN rəhbərliyinə
şikayətlənməsindən məlumatsızdır: “Məndə bu barədə məlumat yoxdur. Lakin
yol rolisi sürücünü sərxoş vəziyyətdə saxlayıb protkol yazıbsa, bunu
qanuna əsaslanaraq edirlər”. Deputat Ayaz Orucov isə bunları deyib: “Onu yol polisindən soruşun. Mən bu barədə eşitməmişəm, görməmişəm, xəbərim yoxdur”.
dəyişən avtomobilləri hansı pullarla almasıdır. Deyilənə görə, deputatın oğlu
heç yerdə işləmir. Azərbaycan reallığında heç bir işlə məşğul olmayan şəxslərin
aqibəti məlumdur. Yəni bu cür insanlar hər zaman maddi sıxıntı içində
yaşayırlar. Millət vəkilinin oğlu onlardan fərqli olaraq necə deyərlər, xan
kefində dolanır. Maraqlıdır, hansı pullarla?.. Görünür, İsmayıl Orucov üçün
yaradılan geniş imkanlarda atası təsirini göstərib. Nəzərə almaq lazımdır ki,
Milli Məclisin üzvü uzun müddət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru
vəzifəsində işləyib. Lakin işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib.
Ayaz Orucov vəzifədən çıxarılan kimi haqqında müxtəlif söhbətlər, hətta həbs
olunacağı ilə bağlı xəbərlər yayılmağa başladı. Belə ki, onun Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışdığı zaman böyük
mənimsəmə hallarına yol verməsi iddiaları ortaya atıldı. Buna rəğmən, millət
vəkili məsuliyyətdən boyun qaçırmağı bacardı. Kim bilir bəlkə də Ayaz Orucovun
barəsində deyilənlər həqiqət idi. Amma aidiyyəti hüquq-mühafizə orqanları
deputatın fonddakı fəaliyyətini araşdırmadı. İsmayıl Orucovun bu gün yaşadığı
bahalı həyatın mənbəyində deputatın fondda işlədiyi dövrlərdə qeyri-rəsmi
yollarla qazandığı vəsaitlərin dayandığı istisna deyil. Hər bir halda,
deputatın oğlu özünü cəmiyyətdə sadə aparmalıdır. Pulu çoxdur deyə kimlərəsə yuxarıdan
aşağı baxmamalıdır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Maliyyə
Nazirliyinin və Hesablama Palatasının rəhbərliyindən xahiş edirik ki, deputatın
fonddakı fəaliyyət illərini dərindən araşdırsınlar. Fikrimizcə, araşdırma
aparılsa, İsmayıl Orucovun bahalı maşınlarını və В«zerkalnıВ» nömrələri hansı
pullarla alması dəqiq bilinəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=17051