Broylek toyuqları liə bağlı iyrənc həqiqət

09.02.2015 - 11:03

Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Süni yolla yetişdirilmiş toyuqlara kimyəvi maddələr vurulduğu sirr deyil. Buna dair axar.az-ın yaydığı videogörüntülərdə toyuqlara iynə vurmaqla onu necə şişirtdikləri açıq-aydın əksini tapıb. Görüntülərdən aydın olur ki, gündəlik istifadə olunan toyuq məhsullarının tərkibinə onun çəkisini artırmaq üçün zərərli maddələr vurulur. Hətta bu toyuqların xərçəng xəstəliyi də yaratdığı iddia olunur.
Bu mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da broyler toyuqlarından mümkün qədər az istifadənin tərəfdarıdır. Bu olayın hansı broylerdə baş verdiyi qeyd olunmayıb. Toyuqların süni yolla necə yetişdirilməsinin kadrlarını təqdim edirik:
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=17052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728