Cəbhədə əllər tətikdə: savaş an məsələsi
Azərbaycanın həm insanı, həm də hərbi üstünlüyü Ermənistanı və onlara
havadarlıq edənləri bərk narahat edir
Ermənistanın silahlı qüvvələrinin son günlər Azərbaycanla həmsərhəd
bölgələrdə xüsusilə azğınlaşmasının səbəbləri barədə müxtəlif təxminlər
var. Burada diqqəti Qarabağ cəbhəsindən yayındırmaq, gərginliyi iki
dövlət arasındakı sərhəd zonasına keçirib Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı və Rusiyanı proseslərə cəlb etmək niyyətlərinin
olduğu barədə kifayət qədər arqumentlər səslənir.
bu da var ki, son günlər Rusiya-Ermənistan münasibətlərinin
gərginləşməsi fonunda Moskvanın ermənilərə açıq dəstək verməsi bir o
qədər inandırıcı görünmür. Təmas xəttində isə gərginlik səngimir. Son
günlər cəbhə bölgəsində yeni hərbi hissələrin açılışında edən müdafiə
naziri Zakir Həsənov düşmənə növbəti sərt xəbərdarlığını edib.
Əlibəyli kəndindən verilən məlumata görə, son iki gün
ərzində atəş səsləri arabir eşidilsə də, kənddə həyat öz axarı ilə gedir
və gərginlik nisbətən səngiyib. Ötən həftə düşmənin açdığı atəş
nəticəsində evində qolundan güllə yarası alan kənd sakini, 1982-ci il
təvəllüdlü Xatirə Əliyeva isə Tovuz Rayon Mərkəzi Xəstəxanasındadır.
Həkimlər onun qolunun təcili əməliyyat olunmasına qərar veriblər və o,
bu gün əməliyyat ediləcək.
Almaniyada Ermənistana sərt xəbərdarlığı, həmçinin Müdafiə Nazirliyi
rəhbərliyinin ön cəbhədə düşmənin bütün hərəkət edən qüvvəsinin dərhal
məhv ediləcəyi barədə bəyanatı, üstəlik, erməni tərəfin ilin ilk ayında
böyük itkilər verməsi İrəvanı ciddi narahat edib.
zamanda Ermənistan və Qarabağ erməniləri arasında ixtilafın yaranması
da Sərkisyan hökumətini pis vəziyyətdə qoyub. Son bir ayda 20-dən çox
itki verən və onlarla yaralısı olan Ermənistan ordusu çətin durumdadır
və artıq Azərbaycanın mülki sakinlərini, yaşayış evlərini hədəf
seçirlər. Erməni tərəfi artıq açıq şəkildə bəyan edir ki, irimiqyaslı
əməliyyatlar ağır itkilərlə nəticələnə bilər. Ermənistanın müdafiə
naziri Seyran Ohanyan vəziyyətlə bağlı Dağlıq Qarabağa gəlib. Ermənistan
KİV-inin məlumata görə, S.Ohanyan qondarma “DQR”in başçısı Bako
Saakyanla görüşüb. Görüşdə digər separatçı general Kamo Vardanyan da
iştirak edib.
bəyan edib ki, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı, dinc
əhalini, sakinlərə məxsus evləri və digər tikililəri də hədəfə çevirib.
Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb,
vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini
yaralanıb: “Ermənistan SQ-nin rəhbərliyi beynəlxalq hüququn normaları və
prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən
obyektləri, dinc sakinləri, mülki əhalinin şəxsi əmlakını atəşə məruz
qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya
çəkmək məqsədi güdür”. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı
Qüvvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər
olmayıb: “Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən
məsuliyyət daşımalı və ordumuzun ermənilərin hərbi hədəflərinin məhv
edilməsi məqsədilə görəcəyi cavab tədbirləri daha ciddi, qətiyyətli və
amansız olacaq”.
bunun fonunda baş verən hadisələr sözsüz ki, Azərbaycan cəmiyyətində
bəzi suallar doğurur. Görəsən bu hadisələr genişmiqyaslı hərbi
əməliyyatlara gətirib çıxara bilərmi? Hərbi
ekspert Üzeyir Cəfərov deyir ki, nəzəri cəhətdən bunu qətiyyən inkar
etmək olmaz: “Amma praktiki cəhətdən bir sıra obyektiv və subyektiv
səbəblərə görə düşünmürəm ki, belə bir qərar verilsin. Mən indi onları
sadalamaq istəmirəm. Yəqin ki, hamı anlayır söhbət bir neçə aydan sonra
Bakıda keçirilməsi gözlənilən 1-ci Avropa Yay Oyunlarından gedir. Həm də
ölkə başçısı özü də bu haqda fikir səsləndirmişdi. Ancaq Ermənistanın
təxribatları davam edəcəksə, sözsüz ki, biz lazım olan addımı atmağa
məcbur qalacayıq. Son günlər, xüsusilə də Ermənistan-Azərbaycan
sərhədində gərginliyin artması, itkilərimizin olması belə bir variantım
olmasını da istisna etmir”.
sözlərinə görə, ermənilərin məhz bu istiqamətdə vəziyyəti
gərginləşdirməyə davamlı səy göstərməsi onu deməyə əsas verir ki, onlar
bu addımlarını özbaşına deyil, birbaşa öz ağalarının göstərişinə əsasən
həyata keçirirlər: “Məqsədləri də aydındır ki, bu prosesə Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatını qatsınlar. Mən elə başa düşürəm ki,
KTMT-nın baş katibi Nikolay Bordyujanın son açıqlaması da bədnam
qonşularımızı çox narahat edir. Amma biz unutmamalıyıq ki, tale bizə
erməni kimi məkrli və hiyləgər qonşu qismət edib”.
Nazirliyinin 2015-ci ildə keçirdiyi ilk genişmiqyaslı taktiki təlimlər
sözsüz ki düşmənlərimiz tərəfindən də ciddi şəkildə izlənilir və müəyyən
nəticələr çıxarılır. Ermənistan tərəfi çox narahatdır. Onlar artıq başa
düşürlər ki, vəziyyət get-gedə qəlizləşir. Rusiyanın Ukrayna
məsələsində üzləşdiyi çoxsaylı problemlər və davamlı iqtisadi
sanksiyalar, maliyyə çətinlikləri erməniləri bərk narahat edir. Hər şey
ola bilər. Yəni qısamüddətli müharibə və əldə olan indiki vəziyyətin
itirilməsi və onsuz da kritik olan daxili problemlərin bir az da
çıxılmaz duruma çevrilməsi. Ona görə də onlar çox narahatdırlar.
Qüvvələr nisbəti əlbəttə ki, Azərbaycanın şəksiz üstünlüyündən xəbər
verir. Həm insanı, həm də hərbi üstünlüyümüz Ermənistanı və onlara
havadarlıq edənləri bərk narahat edir. Hesab edirəm ki, son aylarda
düşmən tərəfi çox ciddi sürətdə vəziyyətin onlar üçün o qədər də
əlverişli istiqamətdə getmədiyi qənaətindədirlər. Ümumiyyətlə ölkəmizin
son bir neçə hərbi təlimləri dünyada Qarabağ ilə bağlı Azərbaycanın
nəhayət ki, sözdən konkret əmələ keçmək istəməsini açıq şəkildə bəyan
etməsi kimi qəbul olunur. Ona görə də, hesab edirəm ki, qısa fasilələrlə
biz bu təlimlərin həm intensivliyini, həm də miqyasını daha da
artırmalıyıq. Başqa yolumuz yoxdur. İstənilən halda, mənim şəxsi
qənaətimə görə, Qarabağ məsələsində son sözü Azərbaycan əsgəri deməlidir
və yəqin ki bu belə də olacaq”.
Strateji Araşdırmalar Mərkəzinin təhlilçisi Aleksandr Murinson
“Amerikanın Səsi”nə müsahibədə deyib ki, Qarabağda təmas xəttində hərbi
toqquşmaların bərpası, hər iki tərəfdən atışmalar və hərbi personalın
itkilər verməsi və ümumiyyətlə, münaqişədə hadisələrin dinamikasına
Rusiya və İran təsir göstərir: “Mən Azərbaycan və Ermənistan silahlı
qüvvələri arasında toqquşmaların bərpası, Azərbaycanın hava hövzəsini
pozmuş Ermənistan silahlı qüvvələrinin vertolyotunun vurulub salınması
kimi hadisələrİ yerli faktorlarla deyil, qlobal faktorlarla
əlaqələndirirəm”.
vəziyyət ölü quruma çevrilən ATƏT-in Minsk Qrupunu da hərəkətə keçməyə
vadar edib. MQ həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç
və təşkilatın baş katibi Lamberto Zanierlə görüş keçiriblər. Görüşdə
bütün həmsədrlər – İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre
(Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi
Anjey Kasprşik iştirak ediblər. “Trend” xəbər verir ki, bu barədə
ABŞ-dan olan həmsədr Ceyms Uorlik Tvitter səhifəsində yazıb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin
gərginləşməsi hallarının azaldılması zəruriliyi qeyd olunub. ATƏT
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən
narahatdır.
münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində hadisələr
müzakirə olunduqdan sonra qəbul olunan birgə bəyanatda deyilir: “Biz
hamımız razıyıq ki, qoşunların təmas xətti boyunca və
Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyət pisləşir. Bu, regional
sabitliyə təhdid yaradır və dinc sakinlərin həyatını təhlükə altına
salır. Anjey Kasprşikin 2015-ci ilin ilk ayı üzrə monitorinq hesabatında
12 ölüm və 18 yaralı olduğu qeyd edilir ki, bu da atəşkəs rejimi
haqqında 1994-cü il sazişinin imzalanmasından bəri qurbanlar barədə ən
yüksək təsdiq edilmiş məlumatlardır. Təqribən 60 nəfərin öldüyü 2014-cü
ildən sonra biz zorakılığın həyəcanlı tendensiyasının davam etməsindən
narahatıq”.
münaqişəsinin hərbi həlli yoxdur və tərəflər gücdən istifadə etməyi
dayandırmalıdırlar.
tərəfləri müdaxilə və hücumu, kəndlərin dinc sakinlərini hədəf almağı,
repressiya hədələrini və assimetrik qüvvədən istifadəni dayandırmağa və
gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı
əlavə tədbirlər görməyə çağırırıq”.
təşkilatın Nazilər Şurasının həmsədr ölkələrinin nümayəndə heyətləri
başçılarının Bazeldə tərəfləri humanitar məsələləri, cəsədlərin və həbs
olunanların qaytarılması məsələlərini nizamlamağa çağıran 4 dekabr
2014-cü il tarixli birgə bəyanatını təsdiq edir. Bu, eləcə də 2010-cu
ilin oktyabrında Həştərxanda qəbul edilən bəyanatda qeyd edilir.
Qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin tam dəstəyi ilə regionun böyük
problemi olan münaqişənin sülh yolu ilə nizamlanmasına gətirib çıxara
biləcək danışıqlar prosesini gücləndirə bilər. Bəyanatda qeyd edilir:
“Biz tərəfləri siyasi iradə göstərməyə və bu prosesə düzəliş etmədən
dərhal başlamağı təkidlə çağırırıq”.
ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı
silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan
sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər.
Ermənistan rəhbərliyi nəhayət bunu dərk etməlidir”. Bunu isə
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın fikirlərinə
cavab olaraq deyib. O bildirib ki, mahiyyətsiz, boş və demaqogiya
xarakterli bəyanatlar vermək əvəzinə, Ermənistan rəhbərliyi ilk növbədə
ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin
rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir
zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=17053