Ermənilər təlaşda: Gümrüyə yeni rus hücumu hazırlanır
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasından
ətraf məhəllələrdə yaşayan ermənilərə qarşı yeni bir hücum
planlaşdırılır. ANS PRESS-in məlumatına görə, bu fikir Gümrü şəhər merinin əmri ilə
Rusiya hərbi bazasının əhatə dairəsinin genişləndirilməsindən sonra
erməni mətbuatı tərəfindən səsləndirilib.
Bu çərçivədə şəhər sakinlərinə məxsus bir çox evlər heç bir ödəniş
edilmədən rus hərbçilərinin ixtiyarına verilib. Bu barədə mətbuata
şikayətlə müraciət edən şəhər sakini Aşot Canikyan 15 ildir ki, yaşadığı
evi və əkib-becərdiyi sahəni itirdiyini deyib. Onun sözlərinə görə,
hərbçilər heç nə demədən sahədəki evi söküblər.
Canikyan hərbi hissəyə gedərək şikayətini bildirmək istəyib, amma onu
içəri buraxmayıblar. “Onlar bizim hakimiyyətə o qədər hörmətsiz
yanaşırlar ki, qatil rus əsgərini erməni məhkəməsinə təhvil vermədilər.
Rus zabitinə söz demək omlur, bizə yuxarıdan aşağı baxır”,- deyə
Canikyan yanvarın 15-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün qətl
ediləməsi məsələsini yada salıb.
Erməni mətbuatı hər iki hadisənin Rusiya tərəfindən erməniləri bütün
müstəqillik ümidlərindən məhrum etmək üçün törədildiyini bildirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=17055