İŞİD-ə əsir düşən qızların dəhşətli dramı
“Üç aylıq əsarət boyunca daim döyərək təcavüz etdilər”
“Üç aylıq əsarət boyunca daim döyərək təcavüz etdilər”
İraqın Ərbil şəhərindəki Saad Abdulla konfrans salonunda “İraqdakı
yezidi kürd və xristianlara qarşı törədilən etnik soyqırımı” mövzusunda
toplantı keçirilib. Yığıncaqda
müxtəlif din və məzhəblərdən çoxsaylı səlahiyyətli şəxslər iştirak edib.
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən əsir
götürülən, daha sonra isə qaçmağı bacaran qızların anlatdıqları iclas
iştirakçılarının göz yaşlarına səbəb olub. Sincarın Tel Azer kəndində ailəsi ilə birlikdə İŞİD-ə əsir
düşdüklərini deyən Vahə ləqəbli 17 yaşlı qız 5 avtomobillə gələn
terrorçuların onu dəfələrlə döydüyünü bildirib. Vahə İŞİD döyüşçülərinin
yaşından asılı olmayaraq, hər kəsə işgəncə verdiyini deyib: “Mazra
bölgəsində gözlərimizin önündə 17 kişini vəhşicəsinə öldürdülər.
Ödürülənlər arasında atam, qardaşım və əmim də vardı. Əsir aldıqları 23
qadını əvvəl maşınlarla Mosulun Baac rayonuna apardılar. Baacda digər
rayonlardan gətirdikləri qadınlarla birlikdə təxminən 200 nəfər olduq.
Bizi buradan da yük maşınlara mindirib Mosula apardılar. Ətraf kənd və
rayonlardan topladıqları qadınlarla birlikdə 500 nəfər olduq. Mosulda
naharsız 10 gün keçirdik. İnsanlara çox pis davranırdılar. Qadınlara
hücum edirdilər. Nə edəcəyimizi bilmədiyimiz bir şəraitdə çox
qorxmuşduq. Sonra bizi ayrı-ayrı evlərə apardılar. Ora gələn terrorçular
istədikləri qızı alırdılar”.
Onunla bərabər 20 nəfəri Əbu Leyd adında birinə satdıqlarını
vurğulayan Vahə aparıldıqları evdə keçirilən püşkatma nəticəsində İŞİD
döyüşçülərinə paylaşdırıldıqlarını söyləyib: “Mənə sahib olmaq istəyən
bir nəfərə əvvəl mane olmağa çalışdım. Dostlarımın yanından ayrılmaq
istəmədim. Amma məni döyərək apardı. Hər gün döyərək təcavüz etdi. Beş
yaşlı bir qızı da 50 yaşlı bir adamın apardığını gözlərimlə gördüm. O
kiçik qızı hara apardılar, ona nə etdilər, heç birimiz bilmirik. Bizə
verilən yeməklərə nəsə qatırdılar deyə çox vaxt halsız olurduq. Onlar da
bizə istədiklərini rahatlıqla edirdilər. Çox pis günlər keçirdik. Bir
gün Mosul bombalandığı zaman qapıdakı növbətçi harasa getmişdi. Biz də
gecə saat 11-də saxlandığımız yerdən qaça bildik. İraq və Kürdüstan
hökumətləri tez bir zamanda əsirləri xilas etməlidir”.
21 yaşlı digər yezidi xanım Hezal Mırzo isə əsir düşdükləri vaxt
döyüşçülərin onların gözləri önündə bir çox şəxsi edam etdiklərini
deyib: “Üç aylıq əsarət həyatım boyu daim təcavüzə məruz qaldım. Hamilə
qadınlara dərman verərək onların uşaqlarını öldürürdülər. Günahsız
insanlara zülm etdilər. Əziyyət çəkməyimiz onların xoşuna gəlirdi. Bir
müddət Mosulda qaldıqdan sonra Telaferdəki bir məktəbə aparıldıq.
Getdiyimiz fərqli yerlərdə fərqli adamlar zorla bizimlə cinsi əlaqədə
olurdu. Çox müqavimət göstərəndə yeməklərimizə dərman qarışdırırdılar.
Bu cür zülmü hər gün çəkinmədən təkrar edirdilər. Orada həyatımın ən
ağır və çirkli günlərini keçirdim. Onlar bizim şərəfimizi, dinimizi və
abırımızı çirkləndirdilər. BMT və dünya dövlətləri terrorçuları
dayandırmalıdırlar”. (teleqraf.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=17056