Təhsil naziri rektorları topladı və tapşırıqlar verdi
Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Cumhuriyyet.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki.
görüşdə iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının
təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti
məsələlər müzakirə edilib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avropa
Oyunlarının tarixi əhəmiyyətini vurğulayaraq, oyunların uğurla
keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib: “Bu
sırada tələbələrin xüsusi yeri var. Dünyanın müxtəlif ölkələrində böyük
miqyaslı tədbirlərin keçirilməsinə tələbə könüllülərin cəlb olunması və
bu işin koordinasıyası xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai
maraqlara xidmət etməklə bərabər, tələbələrin öz bacarıqlarını inkişaf
etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq baxımından
da faydalıdır”.
Nazir bildirib ki, Azərbaycanda da mütəmadi olaraq təşkil edilən
beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi
var. Bu təcrübədən I Avropa Oyunları zamanı yararlanmaq, eləcə də
könüllülük fəaliyyətinin koordinasiyası vacib məsələlərdəndir.
Görüşdə çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər
ki, I Avropa Oyunlarında tələbələrin könüllü kimi iştirakına maraq
genişdir. Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və
tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə
görə şərti olaraq 3 qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış
və 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun
köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində
istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə
qatılacaq.
Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil
müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq. Qeyd edək ki,
Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün
çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa
Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib
Short URL: http://www.cumhuriyyet.net/?p=17057