Hökumətin qaz ümüdi təhlükədə
Şahdəniz-2, TANAP və TAP
layihələrinin rentabelliyi sual altına düşür
Azərbaycanın “Şahdəniz” qaz layihəsinin reallaşa bilməyəcəyindən yazıb: “Azərbaycanın TANAP və TAP layihələrinə start verməsini həmişə
dəstəkləmişəm, amma tez-tez də vurğulamışam ki, indiki şərtlərlə və
bazarın inkişaf perspektivlərinə görə hər iki layihə kommersiya
baxımından sərfəli olmaya bilər, bunun üçün dekabrın əvvəlində hökumətə
təkliflər də vermişdim, sonra bir daha bu məsələyə qayıtdım, yanvar
ayında fikirlərimi əsaslandıraraq yeni məsələ yazdım.
qaz layihələri haqqında pessemist danışdı, sitat: “Hazırda neftin bir
barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin
kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir”.
layihələrinin ümumi dəyəri az qala 50 mlrd. dollara çatır və uzun müddət
bu layihələrdən gəlir olmayacaq, ancaq qoyulmuş vəsaitin geri
götürülməsi prosesi olacaq. Həm də, qazın qiyməti, yuxarıda yazdığım
kimi, enir və yaxın illərdə enməkdə də davam edəcək, yəni bu layihənın
rentabelliyi sual altına düşür”.
neftin qiymətinin aşağı olması ilə izah edir. Halbuki, 2016-cı ildən
qazın qiyməti neftdən tam ayrılacaq, müstəqil qiymət formalaşdırılması
formuluna keçəcək, yəni gələcəkdə neft qalxsa belə, qazın qiymətinə
bunun təsiri olmayacaq. Yaxın illər dünyada qaz bolluğu illəri olacaq.
bolluğunda üzəcək, ona görə də, nə NABUCCO, nə də TANAP, TAP
layihələrinə ciddi maraq göstərmədi, çünki yatırım etmək istəmir,
məntiqi budur ki, qaz satmaq istəyən, öz qazını gətirsin-satsın, biz də
qapımızın ağzında alaq, 2) Azərbaycan hakimiyyətinin marağı budur ki,
iri qaz layihələri fonunda Qərblə anlaşsın və onlardan siyasi dəstək
qazansın, bundan əlavə maraq budur ki, neft azalanda, qaz gəlirləri ilə
ölkəni vəziyyətdən çıxartsınlar, 3) Türkiyənin marağı budur ki, enerji
xabı olsun, bütün borular üzərindən keçsin.
ehtiyatı olması 2-ci dərəcəli məsələdir, əsas məsələ, ölkə ildə bazara
nə qədər qaz çıxartma qabiliyyətinin olmasıdır. Bizim 2020-ci ildə
Avropa bazarına çıxaracağımız qazın həcmi 10-12 mlrd kub/metrdir, bu isə
çox az rəqəmdir, heç Macarıstanın belə illik ehtiyacını tam ödəmir.
qismini öz üzərinə götürməkdən imtina etməli, payının bir hissəsini
satışa çıxarmalıdır. Borulara çəkilən xərcləri azaltmağın yolları
araşdırılmalı, daha ciddi nəzarət mexanizmləri işlənməlidir. Əgər
mümkünsə, bu layihələrdən imtina edib qazın Avropaya çatdırılmasının
daha optimal yolu olan “AGRİ” layihəsinə bir daha nəzər yetirməlidir.
Həmin layihədə qazın Gürcüstandan tankerlər vasitəsilə Rumıniyaya
çatdırılması nəzərdə tutulurdu. Layihə çox ucuz başa gələ bilər, qaz
yenə Avropaya çatacaq və bu, Şərqi Avropanın Rusiya qazından
asılılığının azaldılmasında mühüm rol oynaya bilər. Artıq bütün dünya
qaz daşımalarında böyük, bahalı boru layihələrindən imtina edir,
tankerlə daşımalara üstünlük verir, bu həm xərcləri azaldır, həm də
qazın çatdırılmasının effektivliyini, mobilliyini artırır. Bu gün yeni
nəsil, işində qazın sıxılması üçün mini-zavod da olan tankerlər Cənubi
Koreyada artıq istehsal olunur, belə bir tankerin qiyməti həcmindən
asılı olaraq 190-300 milyon dollar arasında dəyişir. Belə tankerlər hər
reysində 200 milyon kub/metrə qədər qazı sıxılmış şəkildə daşıya bilər,
yəni 3 belə tanker alınsa, hərəsi ayda cəmi 3 reys etsə, ayda 1,8-2
mlrd. kubmetr qaz daşımaq mümkündür. Bu isə Azərbaycanın Avropaya
2020-ci ildən sonra il ərzində sata biləcəyi qazın həcmindən 2 dəfə
çoxdur, yəni, hətta, qaz istehsalımız artsa belə, tankerlərlə bunu
daşımaq mümkündür. Rumınıyadan əlavə Bolqarıstanda da belə bir qaz
qəbulu terminalı quraşdırıla bilər. Yəni, cəmi 1 mlrd. dollarla qazın
Avropaya çatdırılmasını həll etmək olar. Daha ötəsi, kiçik həcmli,
Xəzərdə üzə bilən gəmilər sifariş verməklə (öz gəmiqayərma zavodumuza,
Cənubi Koreyanın iştirakı ilə), Türkmənistandan da qaz alıb, boru ilə
Qara Dənizə ordan da, Avropaya çatdırmaq olar.
tutulan 20 mlrd. dollardan çox vəsaitə qənaət etmək mümkündür. Təbii ki,
Türkiyə bundan inciyə bilər, amma Türkiyə bizim qardaşımız, təbii
müttəfiqimiz olsa da, ciblərimiz ayrıdır, onlar bunu anlaşıqlı qarşılaya
bilərlər. Çünki, Türkiyə həm Rusiya, həm İran, həm İraq qazının
Avropaya çatdırılmasında, onsuz da mühüm rol oynayacaq, enerji xabı
olacaq, bu da qardaş ölkəmiz üçün də, bizim üçün də, çox yaxşı bir
haldır.
hökumətə təkliflər verməkdən çəkinmirik. Mən qorxuram ki, neftin belə
aşağı qiymətləri uzun illər davamlı olsa, hökumət bu layihələri həyata
keçirmək üçün cidd borclanacaq, sonra yenə biz bunları qaytarmalı
olacağıq, indidən bu səhvlərdən çəkinmələri daha məntiqli olar, bizim
gələcəkdə quracağımız hökumətə də az yük düşər…”
Short URL: http://www.cumhuriyyet.net/?p=17060