Əsəddən Ərdoğana böyük zərbə: özəl məlumatlar ələ keçirildi
Bəşər Əsədə bağlı Suriya ordusunun hakerləri Türkiyə Müdafiə
Nazirliyinin, Hərbi-Hava Qüvvələrinin, Baş nazirliyin, prezidentin,
Xarici İşlər Nazirliyinin rəsmi e-mail adreslərini ələ keçirib. Virtualaz.org saytı xəbər verir ki, hakerlər
adıçəkilən dövlət qurumlarının 2011 və 2013-cü illərdə gördüyü işlərlə
bağlı məlumatları özlərinə bağlı saytlarda paylaşıb.
Məlumatlarda türkiyəli dövlət adamlarının və siyasətçlərin keçirəcəyi
rəsmi görüşlər, qəbullar, nazirlərə yaxın mühafizəçilərin mobil
telefonları, rəsmi sənədlər, dövlətin rəsmi tədbirlərinə qatılacaq
qonaqların siyahısı olub.
Qeyd edək ki, hakerlər bundan əvvəl də Səudiyyə Ərəbistanının və Qətərin dövlət idarələrinin e-mail adreslərini dağıtmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=17061