Aslan Aslanovun həbs məsələsi gerçəkləşir

09.02.2015 - 14:36

“Sabiq məmur özü də hər an həbs oluna biləcəyi təhlükəsi ilə üz-üzə
dayandığını çox gözəl başa düşür”

 
Lamiyə
Quliyevanın keçmiş nişanlısı, ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili
Aslan Aslanova cavab verib. Vəkil keçmiş nazir müavinini səbrli olmağa
çağırıb: 
“Fevralın 8-də etibarlı mənbələrdən belə
bir məlumat daxil oldu ki, Aslan Aslanov həbs edilib. Mənə aid olan
https://www.facebook.com/adem.mammedov linki altında olan səhifəmdə “söz
azadlığı”ı hüquqmdan istifadə edərək, heç kimi təhqir etmədən 19:25-də
məlumatı dostlarımla bölüşdüm. Hər hansı bir xəbər saytına bu məlumatın
rəsmi təsdiqinin tapması və yayılması barədə nə məlumat, nə də ki,
tövsiyə verməmişəm. 19:40-da jurnalist Sevil Allahverdiyeva tərəfindən
şərh hissəsində mənə ünvanlanmış “Bu xəbər rəsmən təsdiqlənib?” sualına
cavab olaraq saat 19:41-də bildirdim ki, “Sevil xanım, dəqiqləşdirmə
aparılır…”. Apardığım dəqiqləşdirmələrdən sonra, saat 20.01-də,
“şərhlər” hissəsində öz yekun qeydimi apardım: “Rəsmi orqanlardan elə
indicə aldığımız məlumata əsasən Aslan Aslanovun həbs olunması barədə
informasiya təsdiqlənmir, lakin onun həbsi ilə bağlı hazırlıq işləri
yekunlaşmaqdadır…”. Bu məlumatlar mənim facebook səhifəmdə öz əksini
tapıb”. 
Vəkil bildirib ki, həmin statusu paylaşdıqdan 1 neçə
saat sonra Aslan Aslanov bəzi xəbər portallarında barəsində belə bir
məlumat yayıb: “Yayılan xəbərlər cəfəngiyyatdır. Hazırda öz evimdəyəm.
Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi
şəxsin yanına gedəcək”. Aslanova səbrli olmağı məsləhət görürəm.  Vüqar
Əliyev, Lamiyə Quliyeva 12 ildən artıqdır ki, səbr nümayiş etdiriblər.
Onları yalnış olaraq mühakimə ediblər. Onların azadlığı, ailə qurmaq,
sərbəst hərəkət etmək, təhsil almaq və digər çoxsaylı hüquqları pozulub.
 Bəli, ola bilər ki, mənə yanlış məlumat daxil olub. Amma Aslan
Aslanovun bir neçə saat sonra məni təhdid etməsinə nə ehtiyac var idi?
Gəlin, Aslan Aslanovun müsahibəsində verdiyi ifadələrinə nəzər yetirək: “Hazırda
öz evimdəyəm” – çox maraqlı ifadədir. Əgər Aslan Aslanov özünü
təqsirsiz hesab edirsə, nəyə görə deyir ki, “hazırda öz evimdəyəm”?
Demək ki, Aslan Aslanov hər an həbs oluna biləcəyi təhlükəsi ilə üz-üzə
dayandığını çox gözəl başa düşür və hazırki məqam üçün hələ öz evində
olduğunu bildirir. Təqsiri olmayan şəxs ən azından belə bir ifadə
işlədərdi: “Mən nəyə görə həbs olunmalıyam? Mən təqsirsizəm!”. Məncə hər
şey aydındır.
“Bu xəbərləri yayan vəkil özü də elə yaxın
zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”. Mənim hüquqlarını
müdafiə etdiyim şəxs olan Vüqarın yanına getməyim üçün ömürlük
azadlıqdan məhrum olunmağım şərtdir. Çox maraqlıdır, bu dəfə Aslan
Aslanov kimlərin dəstəyindən istifadə edərək mənə ömürlük cəza verdirmək
niyyətindədir? O şəxsləri tanımağım mənə də maraqlı olardı. Və hətta
irəli sürüləcək “ittiham”lar da mənə çox maraqlı gəlir. Bu məsələdə
Aslan Aslanovun məkrli, hikkəli və əsl niyyətlərini ortaya qoyacaq daha
yeni faktlar əldə etdim. Aslan Aslanov özü də bilmədən öz ifadəsilə
insanları özünün “şəxsi qanunları” ilə cəzalandırmaq niyyətini ortaya
qoymuş oldu. Bu şəxsin niyyəti yalnız və yalnız insanlara təxribat
törətməkdən, insanları həbs etdirərək, cəza evində işgəncələrə məruz
qoyaraq, şər-böhtan atdırıb cəza müddətlərini artıraraq məhv etdirməkdən
ibarətdir. Yaxın günlərdə Aslan Aslanovun tükürpədici digər əməllərini
ictimaiyyətə bəyan edəcəyəm. Bütün cəmiyyət Aslan Aslanovun həqiqətdə
kim olduğunu, şübhəsiz ki, görəcək”.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=17063

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728