MƏRKƏZİ BANK: Dollar üçün yuxarı hədd – 80 QƏPİK
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bankdan bildirilib
ki, hazırda qüvvədə olan normativ aktlara görə, valyuta dəyişmə
məntəqələrində xarici valyutanın alış-satış kursu AMB-nin rəsmi
məzənnəsindən maksimum 2% fərqlənə bilər. Başqa sözlə, valyutadəyişmə
məntəqələrində xarici valyuta AMB-nin rəsmi məzənnəsindən maksimum 2%
ucuz və 2% baha satıla bilər.
Bu faiz dəhlizini və fevralın 9-a olan rəsmi məzənnələrini (1 dollar
0,7844 manat, 1 avro 0,8890 manat) nəzərə alsaq, fevralın 9-da
Azərbaycandakı valyutadəyişmə məntəqələri ABŞ dollarını minimum 76,9
qəpiyə alıb, maksimum 80 qəpiyə sata bilərlər. Avronun isə minimum alış
qiyməti 87,12 qəpik, maksimum satış qiyməti isə 90,67 qəpik təşkil edir.
Valyutadəyişmə məntəqəsinin xarici valyutanı bu В«dəhlizВ»dən yüksək
qiymətə satması və ya bundan aşağı qiymətə alması qanun pozuntusu
sayılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=17067