Azərbaycanlı kursant Rusiyada itkin düşüb

09.02.2015 - 17:35

Rusiyanın Novorossiysk şəhər polisi itkin düşmüş azərbaycanlı kursant haqqında axtarış elan edib. APA-nın
məlumatına görə, şəhər üzrə Daxili İşlər Nazirliyi İdarəsi 1992-ci il
təvəllüdlü azərbaycanlı, Qazaxıstan vətəndaşı Arif Koroğluyevin itkin
düşdüyünü bəyan edib.
O, F.F.Uşakov adına Akademiyanın 5-ci kursunda təhsil alan kursantdır.
25 dekabr 2014-cü ildə saat 12.17-də Arif Novorossiysk avtovağzalından
Novorossiysk-Krasnodar istiqamətində yola düşüb. İndiyə kimi onun yeri
məlum deyil.
Boyu 185 sm, gözləri göy, açıq-şabalıdı saçı olan bu oğlanın əynində
qara rəngdə kapşonlu gödəkçə, tünd rəngli cins və qara rəngli ayaqqabı
olub. Mobil telefonu olsa da, bir aydır həmin nömrəyə zəng çatmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=17070

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728