ŞOK: Qarabağ əlili İlham Əliyevdən min manat borc istədi
В«Ailəm agır maddi cətinliklərlə
üzləşmişdir. Bu səbəbdəndə Sizdən bir dövlətimizin başcısı kimi 1000
manat borc pul istəyirəmВ». Bunu Qarabağ əlilləri və veteranları
cəmiyyəti” İB-nin Nəsimi rayon şöbəsinin sədri Rəhmanov Əhməd Fazil oğlu
prezidentə ünvanladığı məktubunda bildirir. Müraciətində Əhməd Rəhmənov 1994 ildən bəri 2-ci qrup Qarabağ
muharibəsi əlili olmasına baxmayaraq, təqaüdünün azlığından işləməyə
məcbur olduğunu deyir: В«Bu səbəbdəndə mən 1996-cı ildən “Əlillərin
Sosial mudafiəsi haqqında qanunun 25-ci maddəsinə əsaslanaraq “Azəriqaz”
İB-nin Nəsimi QİS-ində fəhlə işləyirdim. Elə maddi cətinliklər
üzündəndə gec ailə qurdum və hal-hazırda 2 azyaşlı övladım var (biri
Autizm sindiromludur). Bu günəcən dövlətdən nə ev, nə də maşın
almamışamВ».
O, müraciətdə ötən ilin iyun ayında idarə
rəhbərliyinin 12 fəhlədən 6-sını ixtisara saldığını və onların yerinə
sonradan yenə 2 nəfər götürdüyünü bildirir: В«İxtisara salınanların ikisi
Qarabağ müharibəsi əlili oldu. 2 nəfərin biri mən oldum. İxtisara
düşəndən bəri dəfələrlə Dövlət məşğulluq xidmətinə müraciət etsəm də,
mənə kvotalıq işin olmadığını bildiriblər. Lakin mənim və mənimlə birgə
daha bir Qarabağ əlilinin ixtisarı Xətai rayon məhkəməsi tərəfindən
qanunsuz sayıldığından və Apellyasiya məhkəməsi bunu təsdiq etdiyinə
baxmayaraq, mən hələ də öz işimə qayıda bilmirəm. В«AzəriqazВ» rəhbərliyi
bizi öz işimizə qaytarmaqdan boyun qacırırВ».
Əhməd Rəhmanov В«AzəriqazВ»a kassasiya üçün
verilən vaxtın qurtardığını, yani artıq işin məhkəmə icrasına verilməli
olduğunu da bildirir.
İkinci qrup Qarabağ əlili bununla
əlaqədar ailəsinin ağır maddi cətinliklərlə üzləşdiyini deyir: В«Bu
səbəbdəndə Sizdən Bir Dövlətimizin başcısı kimi 1000 manat borc pul
istəyirəm.(Pensiyam az olduğundan bankdan bunu edə bilmirəm ). Öz
növbəmdə isə söz verirəm ki, öz işimə qayıdan və Məhkəmənin qərariyla
məcburu iş buraxmamın pulunu alan kimi borcumu qaytaracağamВ».(faktxeber.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=17073