Azərbaycan mediası: ”sovet kampaniyaçılıq” ənənələri – Nəsiman Yaqublunun yazısı

17.02.2022 - 18:25
Əslində mətbuatda “kampaniyaçılığın” sistemli bir hala gətirilməsi sovet rejimi ilə bağlıdır.Sovet dövlətinin qurucusu V.İ.Lenindən başlanan bu zərərli və xoşagəlməz  “media davranışı”  sovet dövlətinin digər rəhbəri İ.V.Stalin daha qorxunc  formada davam etdirildi. Yəni   bolşevizmdən qaynaq alan bu “kampaniyaçlıq”da medianın əsas prinsipləri və funksiyaları kənarda qalırdı:söz və fikir azadlığı, plüralizm, faktın araşdırılıb təqdim edilməsi, obyektivlik, qarşı tərəfin də fikir bildirməsinə imkan yaradılması və s.
Bəs bu  mediaya aid olan normal davranış qaydaları nə ilə əvəz edilirdi? Bundan ötrü 1930-cu illərin qəzetlərindən bəzi  başlıqları təqdim edirəm:”Biz tələb edirik-onlar güllələnsin!”, “Onlar vətən xainləridir!”, “Onlara  sıralarımızda yer olmamalıdır!”, “Onları xalq mühakimə edir!” vəs.
İndi bu şüarların başqa formada(əslində məzmun dəyişməyib) yazılışlarına bəzi media orqanlarımızda çox rast gəlmək mümkündür.Yəni biri “vurulan” kimi haqqı olan da, haqqı olmayan da hərəkətə keçir.Fakt yoxlanılması, hüquqi araşdırmalara əsaslanan faktın təqdimatı  qalır bir kənarda. Bura əlavə edirəm ki, bəs niyə zamanında susub danışılmırdı  və s.Bax buna mediada “kampaniyaçılıq” deyilir.
Sovet rejimi dövründə insanlar hətta məhkəmə qarşısına çıxarılmadan kütlə tərəfindən süni şəkildə ittiham obyektinə çevrilir, onun “vətən xaini” obrazı yaradılır, sonra da məhkəmənin “hökmü” ilə ya güllələnir, ya da uzun müddətli həbsə məhkum edilirdi.Sonda isə bu fikir səsləndirilirdi:”xalq tələb edir!”.Qanun, hüquq normaları yox,  ümumiləşdirilmiş bir “xalq”.
İndi  son günlərdə bizim bəzi media orqanlarında aparılan “kampaniyaçılıq” həmin faktları xatırlatmaqdadır.Bu gizli deyil ki, bəzi media orqanları müəyyən oliqarxların nəzarətindədir və onların göstərişi ilə hərəkətə keçir: ya biznes maraqlarından, ya şəxsi maraqlarından, ya da kimisə vurub səhnədən çıxarmaq istəklərindən.Yuxarıdan “dayan” göstərişi gələn kimi hər şey bitir.Xatırlayırsınızsa müxtəlif vaxtlarda hansısa bir nazirin nəzarətində olan media orqanı ona görə bağlandı ki, o biri nazirin əleyhinə sərt yazılar yazmışdı.Və o da güclü mövqeyindən istifadə edib həmin media orqanının bu günə açılmasına imkan yaratmayıb.Digər bağlanan və açılan media qurumlarımız da var və bu haqda çoxumuz məlumatlıyıq.Yəni “kampaniyaçılıq” qaydalarını pozursansa cəzalana bilərsən.KİV-ə Dövlət Dəstəyi  Fondunun keçmiş icraçı  direktoru V.Səfərlinin məhkəməsində hansı cinayət və yeyinti faktları aşkarlandı.Bu faktları niyə vaxtında media qurumlarımızdan oxuya bilmirdik? Uzun müddət mediamızın inkişfına ayrılan maliyyəni belə bir şəxs müəəyyənləşdiribsə onda mediamızın nə dərəcədə  azad olması haqqında ciddi düşünə bilərik.Deməli, V.Səfərli medianı maliyyələşdirən digər “görünməz”lər kimi istədiyi xoşagəlməz kampaniyanı apara bilərdi və bəlkə də aparıb(bunu isə media özü araşdırsın,artıq V.Səfərli vəzifədə deyil).
Araşdırılsa çox faktlar ortalığa çıxar və mediamızın ciddi problemlər məngənəsində əziyyət çəkdiyinin şahidi olarıq.
Təəssüfləndirici fakt odur ki, bu məqamlar hüquqi və demokrtaik  cəmiyyət quruculuğunda önəmli rola malik söz və fikir azadlığını boğur, onun inkişafına mane olur, milli əsaslara söykənən cəmiyyət quruculuğuna problemlər yaradır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170801

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930