Çində kütləvi allahsızlıq:maaşımızı Allah yox, Komunist Partiyası verir
Çinin
Şərqi Türküstan vilayətinin Urumçi şəhərində bütün məscidlərin imamları
bir meydanda toplanılaraq kütləvi şəkildə rəqs etməyə məcbur edilib. Çinin rəsmi xəbər agentliyi “Sinxua”
meydanda toplanan imamların “mədəniyyətlərin nümayişi” adı verilən
tədbirdə rəqs etdiyini bildirib.
İmamlar rəqs edərkən “Ökədəki sülh qəlblərə rahatlıq gətirir”
şüarları da səsləndirib. Eyni meydanda universitet tələbələri də rəqs
etməyə məcbur edilib. Tədbirdə edilən çıxışlarda gənclərin məscidlərdən
uzaq durması istənilib. İbadətin sağlamlığa fayda vermədiyi deyilən
çıxışlardan sonra tələbələrdən sağlam olmaq üçün rəqs etmələri tələb
olunub.
Məmurlar isə “Maaşımızı Allah yox, Çin Komunist Partiyası verir” şüarı səsləndirməyə məcbur ediliblər.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=17083