Saatlını barıt çəlləyinə çevirən orta məktəb

10.02.2015 - 02:28

Bir
ay öncə baş verən qiyam Mərzəli kəndində yenidən təkrarlana bilər

 

 

Saatlıda təhsil böhranı və bu böhranın yerli
sakinlərin açıq etirazına səbəb olması haqda yazmışdıq. “Nazir Saatlıya gəldi,
məktəbdə qiyam qalxdı”
başlıqlı həminyazıda rayonun Məzrəli kənd orta məktəbindəki
problemlər və kənd adamlarının bu problemə açıq etirazından danışılırdı. İndi
isə cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məktubda rayon təhsilindəki
problemlərin Saatlını barıt çəlləyinə çevirdiyini göstərir. Bir qrup rayon
sakininin redaksiyamıza və dövlət qurumlarına ünvanladığı məktubu olduğu kimi
diqqətinizə çatdırırıq:

“Məlumunuz olsun ki, Saatlı rayon Məzrəli kənd
tam orta məktəbi altı aya yaxındır ki,bir çox insanların şəxsi ambisiyalarının
qurbanına çevrilib. Belə ki, Saatlı rayon Təhsil Söbəsinin müdüri Şamil Nurəliyevin
özü və onun sınaqdan çıxmış silahdaşları Məzrəli məktəbini viran qoymaqda davam
edir. 2013-cu il
də Məzrəli kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini
işləyən Əzizova Aynurənin hicablı olması səbəbindən rayon rəhbərliyinin göstərişi
ilə müavinlikdən çixariılması Məzrəli məktəbində ,,nifaq alınmasına,, çevrildi
və ,,TROYA müharəbəsi yaratdı. Aynurə Əzizova müavinlikdən çixmasında məktəb
direktorunu günahkar bilib,öz yaxın qohumları ilə onu məktəb rəhbərliyindən
çixarılmasına çalışdılar. Onların bu əməllərinə etiraz edənlər isə bu gün də Məzrəli
məktəbində at oynatmaqda davam edən Aynurə Əzizovanın təzyiqlərinə məruz
qaldılar. Bu işin başında isə Saatlı RTŞ-nin müdüri Şamil Nurəliyev və Saatlı
rayonunda əxlaq pozğunluğuna görə ad çixartmiş, xüsusilə ,Bəylik kənd tam orta
məktəbindən texniki iscisi ilə qeyri-qanuni cinsi əlaqədə olduğu üçün kənd
caamati tərəfindən qəzəblə qovulmuş Saatli rayon Təhsil Şöbəsində nazirlik tərəfindən
təsdiq olunmadan məsləhətçi müəllim işləyən, gücsüz, qolsuz-qənədsiz müəllimlərin,
məktəb direktorlarinin qənimi, Ş.Nurəliyev ilə Zakir Əmişov dururdu. Məqsəd
Zakir Əmişovu Məzrəli məktəbinə direktor təyin etmək idi. Saatlı RTŞ-nin müdüri
Z.Əmişovu təntənəli şəkildə direktor gətirdiyi günü isə Bəylik caamatı kimi Məzrəli
caamatı da Zakir Əmişovu Məzrəli məktəbindən qovdular. Nəzərə alın ki, Ş. Nurəliyev
Məzrəli məktəbini dağıtmaq üçün daha peşəkarlıqla yeni addımlar atmağa başladı.

Saatlı rayon Təhsil Şöbəsinin müavini işləyən, Məzrəli məktəbində çox ciddi
münaqişələr törədənlərin və törətməkdə də davam edənlərin yaxın qohumu olan
Şöhrət Bədəlovu ƏN DAДћIDICI QÜVVƏ bilərək Məzrəli məktəbinə direktor
əvəzedicisi göndərdi. Şöhrət Bədəlov Məzrəli məktəbinə direktor əvəzedicisi
kimi gəldiyi 22 yanvar 2015-ci il tarixindən birinci saatların dərsləri istisna
olunmaqla hər gün bütün qalan saatlar Şöhrət Bədəlovun “BÜRO”
iclaslarına həsr olunur, uşaqlar isə bayrda qalırlar. ,,BÜRO,, iclaslarının
mövzusu isə Şöhrət Bədəlovun qardaşı Ziyafətin 173 min dollarlıq Dubaydan
gətirdiyi maşının tərifindən, onun 70 sürətinə kimi yanacaqsiz, 80 sürətindən
sonra isə yanacaqla işləməsindən bəhs edir. Əmisi oğlanlarının, dayısı
oğlanlarının Bakıdakı 200-250 min dollarlıq dəyərlərində olan evlərini,
mal-mülklərini reklam edir.

Hələ bu harasidir, ,,BÜRO,, iclasları Şöhrət Bədəlovun həyat yoldaşı Gülxar
xanımın zəngləri ilə başlanıb, Gülxar xanımın zəngləri ilə də başa çatır.
Tez-tez isə Şörət Bədəlov həyat yoldaşı Gülxar xanımın onu boranı almaqda
bacarıqsız olduğuna görə danladığından bəhs edərək haşiyəyə çixir və,,BÜRO,,
iclasının iştirakciları qisa ,,TƏNƏFFÜSLƏ,, sevindirir.Bu lazımsız,
bitib-tükənmək bilməyən iclaslardan şagirdlər də, işcilər də daha cana
doyublar.Bir daha qeyd etmək lazımdır ki, məktəbdə müaqişə törədən şəxslər Şöhrət
Bədəlovun yaxın qohumlar – Mirzəyeva
Nəzakət, Mirzəyeva Aysel, Əzizova Aynurə və otrta məktəb atesstatı ilə
23 saat dərs yükü ile ibtidai sinif müəllimi işləyən Əzizova Arzudu
r”.

Məktub müəlliflərisonda təhsil nazirinə müraciət edərək ondan kömək istəyir: “Hörmətli
Nazir Mikayil Cabbarov Sizdən çox xahiş edirik ki, Saatlı rayon Təhsil
Şöbəsinin Mzrəli kənd tam orta məktəbində öz mənafeləri üçün etdikləri
bu özbaşnalığa son qoyasınız və Məzrəli məktəbini onların əsarətindən
xilas edəsiniz.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=17085

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728