Aslan Aslanovun Lamiyə ilə bağlı ağız açdığı deputatlar

10.02.2015 - 03:55

Məhkum
Lamiyə Quliyevanın saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində ana
olması xəbərindən sonra özünün və nişanlısı Vüqar Əliyevin başına
gətirilənlər ciddi müzakirə olunur. Xatırladaq ki, Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü
ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu
Ruslanı öldürməkdə suçlu bilinib. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük
azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Daha sonra isə – 2013-cü
ildə L.Quliyevanın həbs müddəti 5 il 6 ay müddətinə uzadılıb. Onun həbs
müddətinin artırılmasında A.Aslanovun əli olması iddia edilir.

Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini
Aslan Aslanov oğlu Ruslan Aslanovun qətlinə görə həbs olunan L.Quliyeva
və V.Əliyevlə bağlı son vaxtlar mediada dərc olunan yazılardan sonra
xeyli fəallaşıb. Belə ki, onun Milli Məclisin bir sıra deputatlarını və
bəzi KİV rəhbərlərini öz müdafiəsinə çağırdığı bildirilir. Bununla bağlı publika.az-ın
əldə etdiyi məlumata görə, artıq Aslan Aslanov bir neçə millət vəkili
və tanınmış jurnalistlərlə görüşərək mediada onu müdafiə edən çıxışlar
etmələrini xahiş edib. Həmin şəxslərin adları bəllidir. Bu xüsusda Milli
Məclisin deputatlarından Bəxtiyar Sadıqov, Novruz Aslanov, Rafael
Cəbrayılov, Ərəstun Cavadov, və Musa Quliyevin adları çəkilir.
Həmçinin, A.Aslanovun dəstək əldə etmək üçün bir sıra media orqanlarına maddi yardımlar etməsi də bildirilir.

Mövzunu diqqətdə saxlayacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=17086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728