6,6 milyonu mənimsəyib cəzasız qalan nazir

10.02.2015 - 13:16

Vergilər Nazirliyi
mütəşəkkil cinayətkar qrupu ifşa edib. Qrup 2011-2013-cü illərdə dövlət
büdcəsinə bir neçə milyon manat vergi ödəməkdən imtina edib. Buna qədər
qrup 106 şirkətin xidmətindən istifadə edib. Onları əvvəllər mühakimə
olunmuş İlkin Cahangir oğlu Abbasov yaradıb. Nazirliyin
məlumatına görə, İ.Abbasov Mirzəyev Allahyar Adaşil oğlunu 54 MMC-yə,
Əsgərov Dərgah Fəzail oğlunu 23 MMC-yə, Fətullayev Samir İzmir oğlunu
 28 MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlu və İsmayilov Ələkbər Hüseyn
oğlunun hərəsini bir bir şirkətə rəhbər təyin dib. Qrup İ.Abbasovun
istintaq təcridxanasında saxlanılan atası, “Qlobus M”nin direktoru olmuş
Abbasov Cahangir Oktay oğlunun xidmətindən də istifadə edib.
Qrup
üzvlərinə qarşı mülki iddianın ümumi məbləği 6,6 mln manatdır. Qrup
üzvləri istintaqdan yayınmağa çalışıb. Ötən ilin dekabrında cinayətkar
dəstənin bütün üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Maraqlıdır
ki, Vergilər Nazirliyi bu qrupun böyük pullara necə yetişdiyi barədə
yazmır. Məlumatda tender yolu ilə həyata keçirilən bir neçə dövlət
satınalmasından (Samuxda iki kənd məktəbi tikintisi, Salyanda avtoyolun
əsaslı təmiri) danışılır. Necə olub ki, kadr potensialı, maliyyə
ehtiyatı (tenderdə iştirak üçün minimum müəyyən bank zəmanəti tələb
olunur) və hətta lisenziyası olmayan şirkətlər tenderdə qalib gəlib?
“Turan”
bir şəxsin o cümlədən Allahyar Mirzəyevin çoxlu şirkətlər yaratması (12
fevral 2014-cü il) barədə yazmışdı. Hüquq mühafizə orqanları hələ bu
məqaləyə reaksiya verməyib. 
İstiqlal.az bildirir
ki, dövlət qurumlarının elan etdiyi tenderlərdə təsadüfü qaliblər
olmur. “Qaliblər” istisnasız olaraq dövlət qurumlarının 1-ci şəxsinin
yaxınlarından ibarət olur. Ona görə hesab etmək olar ki, bu dəstə konket
məmurun himayəsində olub. Ancaq Vergilər Nazirliyi həmin qurumun –
tender elan edən qurumun adını açıqlamır. Böyük ehtimalla həmin məmurun
vurulmasına dair siyasi qərar var və buna uyğun olaraq da Vergilər
Nazirliyi hüquqi posedurlara başlayıb. Mütəşəkkil qrup 6,6 milyon
vergini mənimsəməkdə ittiham olunursa, onda belə çıxır ki, söhbət dəyəri
bir neçə yüz milyon manat olan tenderlərdən gedir.Bu tip tenderləri
Nəqliyyat Nazirliyi, Azərsu ASC, Azerenerji ASC, Dövlət Neft Şirkəti
kimi böyük büdcəsi olan qurumlar edə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=17090

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728