Kənd Təsərrüfatı Nazirliyi bunun qarşısını almasa… – Ağstafalı fermerlər GİLEY edir

22.02.2022 - 14:22

Payızlıq taxıl səpininin vaxtı kesçə də, bəzi ağstafalı fermerlər səpinə başlaya bilmirlər.

Mediaxeberleri.Az xəbər verir ki, rayonunun Pirli və KolXəlifəli kəndlərindən olan fermerlər səpin işinin gecikməsinə səbəb kimi torpağa verilən mineral gübrələrin olmamasını göstərirlər. Fermerlər qeyd edir ki, səpin işi aparılarkən sahələrdə məhsuldarlığı artırmaq üçün “Amasfost” adlandırılan mineral gübrədən istifadə edirlər. Hazırda bu gübrələrdən “Aqrolizinq” ASC-nin Ağstafa filialında yoxdur.

Ötən həftə onlarla fermer azot gübrəsi ala bilməyib. Ağstafa rayonunun Pirli, Xəlfəli və daha bir neçə kənddən “Aqroservis” ASC-nin Ağstafa filialına müraciət edən sahibkarlara azot gübrəsi satılmayib. “Gubrə nədən verilmir” sualını edən fermerlərə isə yeni direktor Cavanşir Əmrahovun cavabı belə olub:

“Yuxarinin göstərişidi”.

Mediaxeberleri.Az adının çəkilməsini istəməyən fermerlərdən birinə istinadən bildirir ki, qaynar xəttə zəng edəcəyini bildirən fermerə isə gübrə verilib.

Haqlı sual yaranır:

Yuxarinin göstərişidirsə, onda niyə kiməsə azot gübrəsi verilib?

Yox, verilməsi mümkündürsə, onda niyə başqalarına da verilmir?

Qeyd edək ki, azot gübrəsinin Tovuz ” Aqroservis” ASC- yə satılmasına dair fikirlər də var. Hər halda araşdırılasi məsələdi, dövlətin fermerlərə satış üçün nəzərdə tutduğu gübrə ilə bağlı maneə nədən yaradılır?

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031