Kremli ayağa qaldıran erməninin işi məhkəməyə göndərildi
Kremldə bomba olduğu haqqında yalan məlumat vermiş Ermənistan vətəndaşı Rusiyada mühakimə ediləcək.
ANS PRESS-in məlumatına görə, Rusiya prokurorluğu Ermənistan
vətəndaşı Aşot Arakelyan barəsində cinayət işi qaldırıb. RF-də yaşayan
erməni Kremldə partlayış olacağı haqqında polisə yalan məlumat verməkdə
ittiham olunur.
Hadisə 15 yanvar tarixində baş verib. Rusiya Federasiyasının
ərazisində qanunsuz olaraq yaşayan 37 yaşlı Arakelyan özünə diqqət cəlb
etmək arzusunda olub. Bu əməli də məhz bunun üçün edib. Rusiya Daxili
İşlər Nazirliyinin Soçi Daxili İşlər İdarəsinin növbətçisinə zəng vuran
şəxs Kremldə partlayış olacağını deyib.
“Terror aktı haqqında yalan məlumat vermək” maddəsi ilə ittiham olunan müttəhimi üç il azadlıqdan məhrumetmə gözləyir.
Prokuror ittihamı təsdiq edib və cinayət işini müzakirə üçün Soçidəki Dünya Məhkəməsinə yönəldib.
Short URL: http://www.cumhuriyyet.net/?p=17098