Cavid Qurbanovun yeni iş yerində ilk kollegiya iclası…

10.02.2015 - 15:29

Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC)
kollegiya iclası keçirilir.QSC-dən azvision.az-a verilən məlumata görə,
iclasda nəqliyyat naziri Ziya Məmmədov da iştirak edir. Həmçinin
“Azərbaycan Dəmir Yolları QSC-nin yeni təyin olunan sədri Cavid
Qurbanovun yeni iş yerində təqdimatı keçirilir.İclasda “Azərbaycan Dəmir
Yolları” QSC-nin keçmiş sədri, Ziya Zəmmədovun yeni müavini Arif
Əsgərov da iştirak edir.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin sədri A.N.Əsgərovun Azərbaycan Respublikası
nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev həmçinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edib.
Prezidentin sərəncamı ilə Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin
sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=17099

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728