Rusiya Azərbaycanın ət məhsullarını yoxlayır
Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal
Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın ət məhsulları istehsalı
müəssisələrinin qiymətləndirilməsi prosesini başa çatdırır.
“Trend” xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan
Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadi Dvorkoviç bildirib.
O, qeyd edib ki, bu xüsusi proses yaxın vaxtlarda başa çatacaq:
“Qiymətləndirmənin yekununa görə hansısa iradlar olarsa, biz onları
tərəfdaşlarımıza göndərəcəyik. Ümid edirik ki, tezliklə Azərbaycanın ət
məhsulları Rusiya bazarına çıxacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=17100