Cənubi Qafqazda “qoyun savaşı”: Azərbaycan gürcülərə qoyunların pulunu ödəmir
saytı xəbər verir ki, erməni qoyunları gürcü qoyunlarını bazardan
sıxışdırıb çıxarır, Azərbaycan isə Gürcüstan üzərindən idxal etdiyi
qoyunların pulunu vermir.
Qoyunçuluq Assosiasiyasının rəhbəri Beka Qonaşvili “Kommersant”a
açıqlmasında deyib ki, gürcü qoyunlarına qonşu müsəlman ölkələrində
tələbat kəskin azalıb və bunun əsas səbəbi Ermənistandan qoyun ixracının
xeyli artmasıdır.
görə, hazırda gürcü qoyunlarının yeganə sabit idxalçısı Azərbaycandır.
Çünki siyasi səbəblərə görə Ermənistan Azərbaycana birbaşa qoyun ixrac
edə bilmir.
olur ki. bunun səbəbi erməni qoyunlarının qiymətinin xeyli ucuz
olmasıdır. Gürcüstanda 1 kilo qoyun ətinin qiyməti 3,5-4 dollardır,
Ermənistandan ixrac edilən qoyunların ətinin kiloqramı isə cəmi 2
dollardır. Bu qiymət fərqi bir diri qoyunda 30 dollara qədər çıxa bilər.
Nəticədə xarici idxalçılar erməni qoyunlarına üstünlük verir.
başqa ciddi problem odur ki, Azərbaycandan olan qoyun idxalçıları
heyvanları tez-tez nisyə alır. Və elə hallar var ki, qoyun yetişdirənlər
hələ ötən ildən Azərbaycana satdıqları heyvanların pulunu indiyədək
ala bilmirlər” – Beka Qonaşvili deyib.
rəhbərinin sözlərinə görə, əvvəlki illərdə gürcü qoyunları 12 ölkəyə
ixrac olunurdu. Bura İran, Azərbaycan, Oman, İordaniya, Misir, Qətər,
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir. Lakin
2010-cu ildən Gürcüstandan İrana və Səudiyyə Ərəbistanına qoyun idxalı
qadağan olunub. Çünki gürcü qoyunlarında xəstəlik aşkar olunub.
Birləşmiş Ərəb Əmirlikləri isə gürcü qoyunlarının idxalına dair
tələbləri sərtləşdirib.
sözlərinə görə, bu tələblər ucbatından Dubaya qoyun ixrac etmək sərfəli
deyil. O, hökumətin qoyun yetişdirənlərə dəstək verməsinin zəruri
olduğunu, əks halda bu sahədə işləyən 20 minə yaxın adamın işsiz
qalacağını deyib.
Gürcüstandan qoyun idxalı sərt inhisar altındadır və bu işlə nüfuzlu
oliqarxlardan birinin çevrəsi məşğul olur. Gürcüstandan ucuz qoyun
idxalı isə Azərbaycanda qoyunçluğun, xüsusən fərdi təsərrüfatlarında
məhdud sayda qoyun yetişdirən kəndlilərin vəziyyətinə mənfi təsir edir.
yem bazası qıt olduğu üçün maldarlıq və qoyunçuluq son illər getdikcə
daha az rentabelli olur. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin
heyvandarları ucuz yemlə təchiz etmək üçün göstərdiyi fəaliyyət isə
qətiyyən qənaətbəxş hesab edilə bilməz. Bu sahəyə ayrılan subsidiyaların
ciddi effekti yoxdur.
deyil ki, idxalçılar Gürcüstan üzərindən həm də Ermənistan mənşəli
qoyunları ölkəyə idxal edirlər. Ucuz erməni qoyunları Gürcüstan bazarına
daxil olaraq yerli qoyunları sıxışdırır. Azərbaycandan olan idxalçılar
üçün isə erməni və gürcü qoyunları arasında qiymət rəqabəti daha ucuz
mal idxal etmək üçün yaxşı fürsət yaradır. Qoyunun üzərində sənədləri və
harada istehsal olunduğu haqda müvafiq sertifikatı olmadığından
Ermənistan qoyunlarını Gürcüstan üzərindən idxal etmək elə də mürəkkəb
məsələ deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=17102