Əliyev fərmanı ləğv etdi

11.02.2015 - 20:04

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Polis Akademiyasının
əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli
fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
23 sentyabr tarixli 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara
alıb ki, “Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların
qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin
1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanı ləğv edilsin.

Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=17105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031