Azərbaycanda ağır qəza: yaralılar var
Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Lerik rayon sakini
51 yaşlı Şahin Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil 53 yaşlı
Zadir Seyfullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə
toqquşub.
Toqquşma nəticəsində Niva yamaca aşıb, hər iki avtomobil yarasız
vəziyyətə düşüb. Sürücü də daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılan
xəsarət alanlar travmatalogiya şöbəsinə yerləşdirilib. “Niva”nın
sürücüsü qəzaya səbəb kimi “VAZ 2106″nın üst baqaj hissəsindəki taxta
materiallarını iddia edir.
Hadisə yerinə Lerik rayon DYP əməkdaşları gəlib.
İlkin versiya kimi yağmurlu hava şəraitində “Niva”nın “VAZ 2106” -nın
yoluna çıxmaqla sərt döngədə qəza şəraiti yaratdığı bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=17106