30 milyon insan virusa yoluxub, 1000-dən çox məktəb bağlanıb
Rusiya qrip epidemiyası astanasındadır. Bu barədə Sankt-Peterburqda yerləşən Qrip Elmi
Təhqiqatlar İnstitutunun yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, ötən həftə Rusiyanın 59 şəhərində qrip virusuna
yoluxanların sayı 30 milyon nəfər təşkil edib. Ötən həftələrlə
müqayisədə müvafiq göstərici 26,7 faiz artıb. Xəstəlik bütün yaş
qruplarında, o cümlədən 0-14 yaş arası olan uşaqlarda müşahidə olunur.
7-14 yaşlı uşaqlar arasında qrip virusuna yoluxanların sayının qəflətən
artması Privoljye, Şimal-qərb və mərkəzi əyalətlərdə qeydə alınıb.
“Rospotrebnadzor”dan bildiriblər ki, qrip epidemiyasının sürətlə yayılması ilə əlaqədar Rusiyada 1000-dən çox məktəb bağlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=17107