Tarix və bəşəriyyət qaniçənləri heç vaxt bağışlamır

24.02.2022 - 10:58

Çağdaş bəşər tarixinin ən qanlı səhifələrindən sayılan dəhşətli Xocalı soyqırımının törədilməsindən 30 il keçir. Bu amansız qətliama “imza atan” erməni faşistləri öz bəd, qansız əməllərinə görə tarixin ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər. Qoca tarix hər kəsi öz adı ilə çağırır və qaniçənləri bağışlamır.
Xocalı faciəsi bəşəriyyət tarixində öz qəddarlığına görə analoqu olmayan, dəhşətli faciədir. Erməni faşistləri burada onlarca ailə, yüzlərlə insan, uşaq, qadın, qocanı etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetiriblər. Söz və qələm günahsız faciə qurbanlarının üzləşdiyi dəhşət və vəhşəti təsvir etməkdə acizdir.
Qana susayan cinayətkarların hikkəsi bununla bitməyib. Onlar qədim bir tarixi, mədəniyyəti olan bütöv şəhəri – Xocalını bir gecə ərzində yerlə-yeksan edərək xəritədən silməyə çalışıblar. Bu, bəşəriyyət tarixində misli-bərabəri olmayan bir vandalizm aktıdır.
Məlumdur ki, İkinci Dünya müharibəsi illərində alman faşistləri işğal etdikləri ərazilərdə yaratdıqları əsir düşərgələrində heç cür insanlığa yaraşmayan, qəddar əməllər, vəhşiliklər törədiblər. Bu dəhşətli cinayətlər, təbii ki, bu gün də dərin qəzəb və ikrah doğurur. Amma, birmənalı şəkildə demək olar ki, ermənilər Xocalıda faşistlərdən də ağır zorakılıqlar törədiblər.
Son illər dünyada Xocalıdan sonra törədilən bütün zorakılıqlar və  qətliamlar bir qayda olaraq, Xosalı soyqırımı ilə müqayisə edilir. Bu mənada Xocalı dünyada qəddarlığın rəmzinə, simvoluna çevrilib. Sivil dünya haqlı olaraq hiddətlənir və yaxşı başa düşür ki, Xocalı  təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qətliamdır.
Düzdür, bəzi erməni ideoloqları Xocalıda törətdikləri ağır zorakılıqların  miqyasını azaltmaq, cinayətin dərəcəsini “yumşaltmaq”  üçün cəhdlər göstərirlər. Lakin bu cəhdlər əbəsdir. Bəli, “məzlum, mədəni erməni xalqı” Xocalıda öz mənfur xislətlərini açıb ortaya qoyubdur. Bu vəhşiliyi və onunla bağlı acı həqiqətləri gizlətmək mümkün deyildir.
Xocalı soyqırımını sifariş və icra edənlər bunu nə müharibənin, nə də o vaxtkı tarixi şəraitin ayağına yazıb məsuliyyətdən qaça bilməyəcəklər. Bu qətliamı həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Tarix onları lənətləyir və daim lənətləyəcək.
Bu məqamda bir daha xatırlatmaq istəyirəm ki, düz 30 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnika və əsgəri dəstəyi ilə erməni silahlı birləşmələri Xocalı şəhərinin dinc sakinlərinin üzərinə silahlı basqın ediblər. Şəhər  fevralın 25-i axşamdan başlayaraq ağır hərbi texnikalardan güclü artilleriya atəşinə məruz qalıb.
Aramsız atəşlər nəticəsində Xocalıda güclü yanğınlar başlayıb. Labüd ölüm təhlükəsi qarşısında qalan iki min beş yüzə yaxın şəhər sakini vəhşət və qorxu içərisində şəhərdən çıxaraq meşə yolu ilə Ağdam şəhəri istiqamətində qaçaraq xilas olmağa  çalışıb. Lakin erməni hərbi birləşmələri dinc, əliyalın insanları təqib edərək, heç kimə aman verməyib, Xocalı sakinlərini xüsusi amansızlıqla öldürməyə başlayıblar. Nəticədə, Xocalının 613 sakini, o cümlədən 83 uşaq, 106 qadın və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib.
Xatırlatmaq lazımdır ki, erməni quldur dəstələri XX əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Belə ki, daşnaklar 1905, 1907 və 1918-ci illər ərzində 120 mindən çox azərbaycanlını qətlə yetiriblər. Azərbaycanlılara qarşı kəskin təzyiq və zorakılıqlar 1947-1948-ci illərdə də baş verib. Belə ki, o illərdə 150 min etnik azərbaycanlı öz tarixi torpaqlarından – hazırkı Ermənistanın ərazisindən qovulub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ilə ermənilər daha da “fəallaşaraq”, Qarabağı ələ keçirmək üzrə öz mənfur planlarını reallaşdırmağa başlayıblar.
Düşmən, əlbəttə, başa düşürdü ki, Xocalı böyük strateji əhəmiyyət daşıyır. Burada böyük aeroport fəaliyyət göstərirdi. Ermənilər Xocalıya zərbə vurmaqla,  Dağlıq Qarabağın Azərbaycanla quru yolla bağlılığını birdəfəlik kəsmək niyyətində idilər.
Xocalı süqut etdikdən sonra, həqiqətən Şuşa və Laçının  müdafiəsi olduqca çətinləşdi. Xocalını ələ keçirmək əslində, düşmənin Böyük Qarabağ planının bir hissəsi idi. Ermənilər yerli azərbaycanlı sakinləri qorxudaraq, bu yolla bütün Qarabağ torpaqlarını işğal etməyə cəhd edirdilər. Onların mənfur niyyəti hər kəsə bəlli idi.
Müstəqil Azərbaycan dövləti Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılması üçün lazımi işləri görür. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib.
Ermənilər öz havadarlarının köməyi ilə Xocalı faciəsini törətməklə Azərbaycan xalqının mübarizə əzmini qırmağa çalışıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, heç kim xalqımızın mübarizə əzmini qıra bilməyib və heç zaman buna nail ola bilməyəcək. Biz bunu 44 günlük şanlı Vətən müharibəsində bir daha gördük. Azərbaycan xalqı Ali Baş Komandanın liderliyilə öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edibdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində faciə ilə bağlı həqiqətlər bütün dünyaya çatdırılır. Nəticədə, planetimizin bütün guşələrində milyonlarla insan qatı erməni millətçilərinin əsl simasına bələd olur. Bəşəriyyətə bir daha bəlli olur ki, ermənilər öz sərsəm şovinist ideyalarının həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları belə qətlə yetirməkdən çəkinməyiblər.
O uşaqlar heç vaxt böyüməyəcəklər. Xocalıda o məhşum gecədə qətlə yetirilən o uşaqların, o anaların, o ahıl və qocaların ahı və fəryadı qatilləri qarabaqara izləyəcək. Bu faciəni törədənlər layiqli cəzadan heç vaxt qurtula bilməyəcəklər.

Tahirə Əsgərova,
Binəqədi rayon Qeydiyyat şöbəsinin rəisi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930