Breyvik Norveçi məhkəməyə verir

11.02.2015 - 20:54

Terrorçu Anders Breyvik Norveç dövlətini məhkəməyə verir. Bu haqda
Norveç mətbuatına məlumat verən vəkil Geir Lippestad deyir ki, insan
haqlarını pozulması ilə bağlı məhkəməyə şikayət ərizəsi hazırlayır.

 
Vəkilin sözlərinə görə, şikayət əsasında duran arqument odur ki, o
(Breyvik) artıq uzun müddətdir tam təcrid olunmuş şəraitdə saxlanılır və
artıq saxlanma rejiminin dəyişdirilməsinin vaxtı çatıb. Biz istəyirik
ki, onun təcrid şəraitinin qaydalara uyğun olub-olmamasını məhkəmə
müəyyən eləsin. – deyə Lippestad bildirib və əlavə edir ki, Breyvikin
hazırki vəziyyəti Avropa İnsan haqları konvensiyasının 3 maddəsinə
ziddir. Həmin maddədə bildirlir ki, heç kəs insan ləyaqtəinin
alçaldılması ilə cəzalandırılmağa və qeyri-insani münsaibətə məruz qala
bilməz.
 
Breivikin vəkili hesab edir ki, müştərisinin yazışma hüququ olmadan aylardı tam təcrid olunması işgəncənin bir formasıdır.
 
BREYVİKİN ƏTRAF-ALƏMLƏ ƏLAQƏSİ NİYƏ KƏSİLİB?
 
Andres Breyvik 2012-ci ildə 21 illik həbsə məhkum ediləndən sonra
mətbuata və pərəstişkarlarına çoxlu məktublar göndərirdi. Norveç ədliyyə
nazirliyi onun bu yolla terror hərəkatı yaratmağa cəhd etdiyini əsas
gətirərək məhkəməyə müraciət etmiş, ötən ilin dekabrında məhkəmə
Breyvikin yazışma hüququnu alindən almışdı. 
 
Avropanın islamlaşmasına qarşı etiraz etdiyini bildirən Breyvik 2011-ci
ilin iyul ayında öncə Osloda bomba partlatmış, sonra isə yeniyetmələrin
düşərgəsinə hücum edib ümumilikdə 79 nəfəri öldürmüşdü.

Short URL: http://www.cumhuriyyet.net/?p=17109

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728