Prezident Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

24.02.2022 - 14:01


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ölkəmizə səfərləri zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışında iştirak etmələrini məmnunluqla vurğulayıb.

O, ölkəmizin bütün sahələrdə əldə etdiyi iqtisadi uğurların əhəmiyyətini qeyd edib, Azərbaycan iqtisadiyyatının regionda vacib amilə çevrilməsinin önəmini bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsindən razılığını ifadə edib. Dövlət başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Borge Brende Dünya İqtisadi Forumunun növbəti toplantısında iştirak etmək üçün Forumun təsisçisi və icraçı sədri Klaus Şvabın dəvətini Prezident İlham Əliyevə çatdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171092

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031