Aslan Aslanovun evinin mühasirədə saxlanması xəbəri yayıldı
Baş Prokurorluğun mətbuat xidməti xəbəri təkzib etmir
mühasirəsində saxlanması haqda məlumat almışıq. Həmin məlumatda qeyd
edirlir ki, kənd təsərrüfatı nazirnin sabiq müavininin Ayna Sultanova
heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə axtarış
aparılır. Redaksiyamızı bilgiləndirən şəxs deyib ki, A.Aslanovun villası
qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları
ərazidə aparılan tikinti işlərini də dayandırıblar. “Yeni Müsavat”
əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun Mətbuat Xidməti
ilə əlaqə saxlayıb. Xidmət rəhbəri Eldar Sultanov məlumatı təkzib
etməyib. Deyib ki, rəhbərlik etdiyi xidmətdə bu haqda məlumat yoxdur.
Əliyevin vəkili Adəm Məmmədov özünün facebook statusunda A.Aslanovun
saxlanılması haqda məlumat aldığını yazmışdı. Baş Prokurorluğun Mətbuat
Xidməti isə vəkilin yaydığı məlumatı təkzib etmişdi.
olaraq təqsirləndirilməsinə və məhkum olunmasına dair araşdırmalara
başladığını açıqlayıb. Açıqlamada işdə adı keçən vəzifəli şəxslərin həbs
ediləcəyi anons edib. Eks-nazir müavininin Baş Prokurorluğun Ağır
Cinayətlərə Dair işlər Üzrə İstintaq İdarəsinə çağırıldığı xəbəri də
var. Qeyd edilir ki, A.Aslanovu iş üzrə qeyri-rəsmi sorğu-sual edərək
sərbəst buraxıblar.
Xatırladaq ki, L.Quliyevanın anası K.Quliyeva, onun nişanlısı
olmuş, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin atası İbrahim
İsmayılov övladlarına qanunsuz olaraq cəza, işgəncə verilməsində
A.Aslanovu ittiham edirlər. Deyirlər ki, A.Aslanov oğlunun öldürülməsinə
görə onların övladları ilə bərəbər özlərinə qarşı da qanunsuzluqlara
nail olub. Vəzifəsindən sui-istifadə edərək onların qanunsuz həbslərinə
və uzunmüddətli azadlıqdan məhrum edilmələri ilə nəticələnən sifarişlər
verib. Həmin sifarişlərin icrası üçün əlindən gələni edib. Vüqar
Əliyevin yeməyinə saxlandığı Qobustan Qapalı Həbsxanasında zəhər
qatılıb, 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan Lamiyə Quliyeva isə
özünü öldürmə həddinə çatdırılıb. Məhkum qadın dəfələrlə özünü öldürmək
istəyərək qollarını doğrayıb, özünü asıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=17115