“Rusiyanı bir güllə atmadan durdurmaq olar”

11.02.2015 - 22:13

 

ABŞ-ın maliyyə nazirinin keçmiş
müavini, “Evercore” fondunun qurucusu və baş direktoru Rocep Oltman
hesab edir ki, Rusiyanı bir güllə atmadan durdurmaq olar. 

Bu barədə o, “The Wall Street Journal”dakı məqaləsində yazıb.  

Ekspertin sözlərinə görə, elə bir variant mövcuddur ki, o variantda
valyuta və ya bank kollapsı istənilən ölkənin normal mövcudluğuna son
qoya bilər. Məqalə müəllifinin fikrincə, Ukraynada vəziyyətin
kəskinləşməsi bir çoxlarını belə bir qənaətə gəlməyə vadar elədi ki,
Rusiyanı nə iqtisadi sanksiyalar, nə də diplomatik danışıqlar
dayandıracaq və indi də Kiyevə silah verilməsinin vacibliyi haqda
çağırışlar eşidilir. 

“Ancaq Qərbin arsenalında Ukrayna böhranına son qoyacaq və
Moskvanın Baltikyanı regionda, digər bölgələrdə sonrakı avantüralarını
əngəlləyəcək daha güclü bir strategiya var. Söhbət Rusiyada
iqtisadi-maliyyə böhranının güclənməsindən çıxış edərək, maliyyə
sanksiyalarını sərtləşdirməkdən və bu sanksiyalarla dünya maliyyə
bazarlarının sanksiyalarının kombinasiyası  hesabına Kremli geri
çəkilməyə vadar eləməkdən gedir”, – deyə müəllif qeyd edib. 

Oltmanın əminliyinə görə, maliyyə bazarları indi dünyada istənilən
ordudan və silah ehtiyatlarından daha güclü təsir vasitəsidir. “Bu
bazarlar diplomatiyanın və ya silahın nail ola bilmədiyi istənilən
dəyişikliyə qadirdir” – əlavə edib ekspert.

Musavat.com

 

Short URL: http://www.cumhuriyyet.net/?p=17117

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728