Azərbaycan Prezidenti BMT Baş Assambleyası sədrinin təşkil etdiyi tematik müzakirələrdə iştirak edib

25.02.2022 - 20:58

Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub.

Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı

-Cənab Sədr.

Cənab Baş katib.

Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış etməkdən şərəf duyuram.

Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir. Bu toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.

Biz, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayırıq. Bu mənada biz Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik.

Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir.

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir. Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də daxil edilməlidir.

Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik.

Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq.

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.

Xanımlar və cənablar, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.

Hörmətli tədbir iştirakçıları, indi isə mən ölkəm adından çıxış etmək istərdim.

Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.

COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Fürsətdən istifadə edərək, həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığımı bildirirəm.

Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.

İndi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik.

Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq. Bundan sonra da təşəbbüslərimizin tərəfinizdən dəstəklənəcəyinə ümid edirik.

Sonda sizə iclasın uğurlu, müzakirələrin məhsuldar olmasını arzu edirəm.

Bizim Instagram səhifəmizə abunə olun

Xəbərlər Şöbəsi
Xəbərin müəllifi

ƏN VACİB XƏBƏRLƏR
Komissiya: Xocavəndin Edilli kəndində və Füzuli şəhərində kütləvi məzarlıqlar aşkarlanıb
FOTOKomissiya: “Xocavəndin Edilli kəndində və Füzuli şəhərində kütləvi məzarlıqlar aşkarlanıb”
25 Fevral , 2022 17:49
Ukrayna Kiyevə qoşun toplayır
Ukrayna Kiyevə qoşun toplayır
25 Fevral , 2022 16:53
Xocalı sakinləri: Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu – MÜSAHİBƏ
FOTOXocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – MÜSAHİBƏ
25 Fevral , 2022 16:14
Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başlayıb
Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başlayıb
25 Fevral , 2022 14:29
XARİCİ SİYASƏT
25 Fevral , 2022 20:01
Rusiyada Xocalı soyqırımının 30 illiyinə dair konfrans keçirilib
Rusiyada Xocalı soyqırımının 30 illiyinə dair konfrans keçirilib
Rusiyanın paytaxtı Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 30 illiyi münasibətilə konfrans keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsar, diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor təşkilatlarının üzvləri, Moskvada təhsil alan tələbələr iştirak etdilər.

Konfransı giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu çıxışında qeyd edib ki, artıq Azərbaycan xalqı bu günü tamamilə fərqli hisslə qeyd edir, çünki qüdrətli ordumuz, igid oğullarımız güclü və müdrik Ali Baş Komandanın rəhbərliyi altında uzun müddət gözlənilən Qələbəni qazanıb:

“Bütün dünya ordumuzun nə qədər qüdrətli və müasir olduğuna, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək olduğuna, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin iradəsinin nə qədər möhkəm və qətiyyətli olduğuna şahid oldu.

Bu müharibənin tək işğal altında olmuş torpaqları deyil, eyni zamanda şərəf və ləyaqəti qaytarıb, yaşlı nəslə gənclərin gözlərinə dik baxmaq, gənc nəslə isə Vətəni azad etmək kimi mühüm tarixi missiyanı yerinə yetirmək imkanını verib. Səfir bu igidlərin istilaçı olmadıqlarını, onların öz evlərinə qayıtdıqlarını anlamağın vacibliyini qeyd edib. Onların böyük gücü və həqiqəti də məhz bunda idi. Onların arasında Xocalı sakinləri də yer alıb. Bu müharibədə biz, bizim üçün hər biri son dərəcə əziz olan minlərlə gəncimizi itirdiк. Bu qurbanlar uzun illər işğal altında olan torpaqlarımızı azad etmək, Vətəni düşməndən təmizləmək, köçkünlərimizin nəhayət öz doğma yerlərinə qayıtması naminə verilib. Xocalı faciəsi Birinci Qarabağ müharibəsində ən miqyaslı və qanlı, lakin, təəssüf ki, yeganə faciəvi səhifə olub”.

Azərbaycanın Səfiri xatırladıb ki, vaxtaşırı Rusiya mətbuatında Birinci Qarabağ müharibəsinin Sumqayıt hadisələri ilə başladığı haqda iddialar səslənir. O, ilk qanın Sumqayıtda yox, daha öncə töküldüyünü vurğulayaraq, 1983-cü ildən Xocalı soyqırımına qədər törədilən erməni vəhşiliklərinin və vandalizminin təkzibolunmaz faktlarını xronoloji ardıcıllıqla diqqətə çatdırıb:

“Dahi dövlət xadimi Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından sonra azərbaycanlıların bütün Ermənistan ərazisindən kütləvi şəkildə qovulması başlanıb. Səfir bütün bu faciəvi hadisələrdə o vaxtkı erməni ziyalılarının mühüm neqativ rol oynadıqlarını da təəssüf hissi ilə vurğulayıb.

Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının böyük planının yalnız başlanğıcı idi. İkinci mərhələ Dağlıq Qarabağın, daha sonra azərbaycanlıların yaşadığı 7 rayonun etnik təmizlənməsi ilə davam etdirilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı ən amansız qətliamlardan biri baş verib. Bir gecədə 613 nəfər qətlə yetirilib, onların arasında qocalar, qadınlar və uşaqlar olub. Sağ qalanların ifadələrində hücum edənlərin inanılmaz, heç cür haqq qazandırıla bilinməyən qəddarlığı haqda ifadələri öz əksini tapıb. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin hesabatında cəsədlərin əksəriyyətinin eybəcər hala salındığı və ya onlarda işgəncə izləri olduğu qeyd edilib. Lakin insanlığa qarşı törədilmiş bu ağır cinayətlərə görə bu günə qədər heç kim məsuliyyətə cəlb olunmayıb.

Ötən illərdə müxtəlif ölkələrdə Azərbaycan xalqının nümayəndələri Xocalı faciəsinə diqqət çəkərək, beynəlxalq təşkilatları, dünyanın müxtəlif ölkələrinin hökumətləri və parlamentləri tərəfindən qiymətin verilməsi və onun soyqırım aktı kimi tanınması üçün çalışıblar. Bir çox ölkələrin, o cümlədən Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Qvatemala, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları Xocalı soyqırımını tanıyan aktlar qəbul ediblər.

Bütün bunların Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən nəhəng ardıcıl işin hesabına mümkün olub”.

Səfir bir daha vurğulayıb ki, Xocalı faciəsi Birinci Qarabağ müharibəsi zamanı ən qanlı, ən dəhşətli, lakin yeganə olmayan faciədir. Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Quqark, Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban, Xocalı – bu adların hər birinin arxasında onlarla, yüzlərlə günahsız qətlə yetirilmiş Azərbaycanın dinc sakini var.

O qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı insanlığa qarşı törədilən cinayətlərin dünya tərəfindən tanınması və pislənməsi üçün səylər göstərilməlidir. Məlum olduğu kimi, bu cür cinayətlərə görə məsuliyyətə cəlb etmə müddəti yoxdur!

Səfir Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə göstərilmiş dəstəyə və əməkdaşlığa görə dərin minnətdarlığını bildirərək, soyqırım yaşamış xalq kimi yəhudilərin Azərbaycan xalqına qarşı edilmiş zülmü hər kəsdən daha yaxşı anladığını söyləyib.

Polad Bülbüloğlu, həmçinin bugünkü tədbirdə iştirak etməklə Azərbaycan xalqının dərdinə şərik olan Rusiya ictimaiyyətinin nümayəndələrinə, diplomat həmkarlarına təşəkkür edib.

Tanınmış rusiyalı politoloq, hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko çıxışında bu dəhşətli cinayətlərin törədilməsi göstərişini verən və onların bilavasitə icrasına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasının vacibliyini vurğulayıb. O deyib: “Bu cinayətin törədilməsində əli olanlar, şübhəsiz ki, cəzalarını almalı və bunun, ilk növbədə, belə dəhşətli hadisələrin nə indi, nə də gələcəkdə təkrarlanmaması üçün mühümdür. Erməni millətçi və separatizm ideyaları Sovet İttifaqının dağılmasının detonatoruna çevrilmiş və qardaş qırğınına, qanlı müharibəyə səbəb olub”.

O, eyni zamanda, Rusiyada Xocalı faciəsinin qanunvericilik səviyyəsində soyqırım aktı kimi tanınması üçün bütün zəruri tədbirlərin həyata keçirilməli olduğuna əminliyini ifadə edib.

İsraildən olan jurnalist və politoloq Arye Qut Xocalı faciəsinin Azərbaycan xalqının ağrısı olduğunu bildirərək, Azərbaycana öz dəstəyini ifadə edib. O vurğulayıb ki, Xocalıda baş vermiş faciəli hadisələrlə əlaqədar hər il İsraildə də tədbirlər keçirilir, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin xatirəsi yad edilir.

O, atası Əmir Qutla birgə yazdığı «Боль» adlı bədii-sənədli romanın yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verib. Kitab Xocalıda törədilmiş dəhşətli soyqırım aktından bəhs edir. Kitabın müəllifi sözügedən romanın bir neçə dilə tərcümə olunduğunu söyləyərək, Azərbaycan dilində xanım Leyla Əliyevanın dəstəyi ilə nəşr olunduğunu vurğulayıb.

Çıxışının sonunda Arye Qut təəssüflə qeyd edib ki, Xocalıda vəhşiliyi törətmiş Ermənistanın keçmiş siyasi rəhbərliyi hələ də azadlıqdadır.

İsrailli politoloq İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbəsini xatırlayaraq, bu gün Azərbaycanın qalib ölkə olduğunu bildirdi, Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.

Sonra yazıçı Yuri Pompeyev çıxış edərək, Xocalıda baş vermiş faciəli hadisələrin amansızlığını qeyd edib. O xatırladıb ki, erməni hərbçilərinin vəhşilikləri azərbaycanlı jurnalist Çingiz Mustafayev tərəfindən lentə alınıb və həmin vaxt Rusiya televiziyasında nümayiş etdirilib. Yazıçı qonaqlara “Qarabağın qanlı girdabı” kitabı haqqında məlumat verərək, kitab üzərində işləyərkən bu hadisələri hərtərəfli öyrəndiyini və bu kontekstdə Azərbaycan Respublikasının o vaxtkı hakimiyyətinin məsuliyyətsizliyini qeyd edib. O, Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyanın, gələcək prezidentləri Robert Koçəryan və Serj Sarqsyanın həmin vəhşiliklərin törədilməsində bilavasitə əli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Ermənistanın adları çəkilən keçmiş rəhbərlərinin axtarışa verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin son qərarının əhəmiyyətini vurğulayıb. Onların mülki şəxslərə qarşı törədilmiş bütün vəhşiliklərə görə Haaqa beynəlxalq məhkəməsi qarşısında çıxış etmələrinin vaxtının çatdığını söyləyib.

Sonra RAGB fəalı, həkim və otuz il əvvəl baş vermiş faciəli hadisələrin şahidi Orxan Kərimov doğulduğu Qaradağlı kəndində baş verənlərlə bağlı acı xatirələrini bölüşüb. Qohumları və dostları arasında Vətən uğrunda canından keçmiş şəhidlərin olduğunu qeyd edərək, o qanlı günlərin xatirəsinin tarix və gələcək naminə yaşadılmasının vacibliyini xüsusilə vurğulayıb.

Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Remember” adlı yeni videoçarx təqdim olunub.

Konfransın sonunda Polad Bülbüloğlu tədbir iştirakçılarına təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına uğurla baş tutmuş rəsmi səfəri barədə ətraflı məlumat verib. Polad Bülbüloğlu səfər zamanı imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, bu sənədin ölkələrimiz arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardığını və yaxın illər üçün əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdiyini qeyd edib.

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171222

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930