Müəllimləri pulla aldadanlar

12.02.2015 - 01:53

Vətəndaşların etimadından istifadə edərək onların pulunun mənimsəməsilə
bağlı daha bir fakt ortaya çıxıb. Paytaxt və bölgələrdə 7 mindən çox
adamı mühafizə xidmətinə işə düzəltmə adı ilə kütləvi fırıldaqçılıq
faktından sonra oxşar hadisə “T-Qroup” adlı tədris mərkəzilə bağlı qeydə
alınıb. Bu dəfə tora düşənlər əsasən müəllimər olub. Ondan çox rayonda
ali məktəblərə hazırlıq və dil kurslarına işə düzəltmək adı ilə külli
miqdarda pul mənimsəyənlər yaxalanıb.
Son zamanlar iş axtaranların vəziyyətindən istifadə edərək onların
pulunun mənimsənməsi faktları gündəmdədir. Yüksək əmək haqqı vədiylə
vətəndaşları toruna salan növbəti müəssisə 6 ay əvvəl bölgələrdə
“T-Qroup” adlı tədris mərkəzi kimi fəaliyyətə başlayan “Tağıyev LTD”
MMC-dir. Ali məktəblərə hazırlıq və dil kurslarının tədrisilə məşğul
olan mərkəz işə qəbul etdikləri vətəndaşlardan onlar üçün təkmilləşdirmə
kursları təşkil edəcəyi adı altında 600 manatdan 2500 manata kimi
vəsait tələb edib.
Tələb olunan vəsait özəl banklardan birinin rayonlardakı filialında
açılan Ülkər Sanılı adlı şəxsin hesabına köçürülməklə işə rəsmi don da
geyindirilib. Zərərçəkənlərin sözlərinə görə, mərkəzin rəhbərləri
Pərvanə Ülkər və Ülviyyə adlı şəxslər olub.
“T-Qroup”un Bərdə üzrə mühasibi Elşən Hüseynovun sözlərinə görə, o və
həyat yoldaşı 2500 manat pul ödəyiblər: “Məndən 3 min manat pul
istəmişdilər. Bu günə kimi cəmi bircə dəfə mənə rəsmi qaydada möhürlü
formada verilmiş maaşdan 250 manat pul ödədilər. Və bildirdilər ki,
onların hesabında hansısa problem olub, 200 manatı veriləcək. O vaxtdan
bu günə kimi heç kimə əmək haqqı verilməyib”.
İlkin məlumata görə, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Yevlax, Şəmkir,
Lənkəran və digər bölgələrdə 300-dən çox vətəndaş eyni tələyə düşüb.
Zərərçəkənlər deyir ki, işə qəbul zamanı əmək müqaviləsi tələb etsələr
də hər dəfə müxtəlif bəhanələr gətirilib.
“Mənə min manat verməyi söz verib. Dəfələrlə onlardan əmək müqaviləsi
tələb etmişəm. Mənə bildirilib ki, bu həftə bağlayarıq, gələn həftə
bağlayarıq. Dekabrda konkret deyildi ki, yanvarın 15-də əmək müqaviləsi
bağlanacaq, ya yox”, – deyə “T-Qroup”da müəllim işləyən Çapay Sadıxlı
bildlirib.
Bəziləri isə işdən qovulacaqları ilə hədələnib. Qurumun 5 aylıq
fəaliyyəti müddətində işçilər cəmi bir dəfə vəd olunan əmək haqqının
müəyyən qismini ala bilib.
Cəmiyyətin təsisçilərilə artıq əlaqə saxlamaq mümkün deyil.
“T-Qroup”un Bərdə rayon üzrə vaxtiylə direktoru işləmiş və ittiham
olunan şəxslər arasında olan Ülviyyə Balakişiyeva isə hazırlıq
kurslarında sadəcə müəllim kimi fəaliyyət göstərdiyini bildirdi.

Zərərçəkənlər artıq hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla
bağlı Mingəçevir şəhər polis şöbəsində Cinayət Məcəlləsinin (dələduzluq)
maddəsilə cinayət işi açılıb. Artıq Tağıyev MMC-nin təsisçilərindən
Pərvanə Tağıyeva və Ülkər Sanılı saxlanılıb. Araşdırmalar davam edir.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=17124

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728