Minsk sammitində Putinlə məzələnib aşağıladılar
Fevralın 12-nə keçən gecə dünyanın diqqəti Ukraynanın taleyinin həll
edildiyi Minsk şəhərinə yönəlib. Belarusun paytaxtında “Normand
dördlüyü” ölkələri liderlərinin Ukraynada vəziyyətin nizamlanması ilə
bağlı danışıqlar keçirilir.
Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti
Petr Poroşenko və Almaniya kansleri Angela Merkel iştirak etdiyi
toplantıdan əvvəl maraqlı hadisə baş verib. Belə ki, Rusiya prezidenti
Vladimir Putin salondakı yerində əyləmək üçün kreslonu özünə
yaxınlaşdırma istəyərkən, Belarus prezidenti Aleksandr Lekaşenko
bilmədən ona mane olub. Bu zaman Lukaşenko Angela Merkellə nə haqdasa
danışdığından, Putinin özünə tərəf çəkməyə çalışdığı kreslonu tutub
saxlayıb. Başı söhbətə qarışan Lukaşenko kreslonun Putin tərəfindən
dartıldığının fərqinə varmadığından, bu maraqlı səhnə operatorların
videokamerasından yayınmayıb.
Minsk danışıqları başlamamışdan Pyotr Poroşenko və Vladimir Putinin görüşmə anının görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, Normandiya formatında keçirilən görüşdə liderlərin
birgə şəkil çəkdirməsi ləğv edilib. Tədbirin keçirilmə qaydası tamamilə
dəyişdirilib.
– See more at: http://axar.az/news/43400#sthash.k4OKo2hH.dpuf
Short URL: http://www.cumhuriyyet.net/?p=17125