Şok olay: Kraliçanı islama dəvət etdi və…

12.02.2015 - 03:19

Niderland kraliçası Beatriks getdiyi muzikldə müsəlman drijor tərəfindən İslam dininə dəvət olunub. ANS PRESS-in məlumatına görə, drijor dəfələrlə kraliça ilə görüşmək istədiyini, amma buna imkan verilmədiyini deyib: “Təəssüf edirəm, doğru olmadığını bilirəm.
Rəhman və Rəhim olan Allahın Adı ilə. Belə etməyin düzgün olmadığını bilirəm və sizdən üzr istəyirəm. Amma
belə eləməyə məcbur qaldım. Sizinlə görüşməyə bir neçə dəfə cəhd etsəm
də, buna imkan verilmədi.
Qurani Kərim, Məryəm surəsi, 30 – 33-cü ayələr: “(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən,
Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O,
harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini
hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi
tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar
(nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!
Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq
qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!””
Mən sizi dəvət eləmək üçün buradayam. Sakit olun, yerinizdə qalın. Zalda
bomba yoxdur. Mən dəli deyiləm. Mən Allahın quluyam və sizi imana dəvət
edirəm. Allaha iman edin. Mən ona ibadət edirəm. Bu çox doğru bir
yoldur”.

Drijorun bu çıxışını zalda olan bəzi tamaşaçılar alqışlarla qarşılayır.
Həmin drijor mülki geyimli şəxslər tərəfindən zaldan çıxarılır və polis
tərəfindən nəzarətə götürülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=17126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728