Facebook Azərbaycanda bağlana bilər

12.02.2015 - 13:19

 

Qondarma Dağlıq Qarabağ Respublikasının Facebook səhifəsi rəsmi olaraq təsdiq edilib. ANS PRESS-in məlumatına görə, təxminən 20 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti
şöbəsinin müdiri İsfəndiyar Əliyev məsələyə münasibət bildirib. O qeyd
edib ki, bununla bağlı Facebook-a rəsmi müraciət olunacaq: “Bu cür
məsələlərdə Facebook fərqli bir siyasət yürüdür. Onlar siyasi məsələrə
diqqət yeturmirlər. Şirkətə rəsmi olaraq müraciətdən sonra Facebook
həmin şəxs və ya hökuməti araşdırır və səhifəni təsdiq edir. Bu
vəziyyəti aradan qaldırmaq üçün biz məhkəməyə müraciət edərək qərar
çıxarmalıyıq. Daha sonra isə əsaslandırılmış tələblərlə Facebook-un
ABŞ-dakı baş ofisinə müraciət etməliyik”.

Mütəxəssislər isə hesab edir ki, bu cür səhifələrin yığışdırılması
üçün bir çox yollar var. İKT üzrə ekspert Cahid İsmayıloğlu bildirib ki,
Facebook-un baş ofisinə rəsmi olaraq müraciət olunmalıdır. Bununla
yanaşı, həmin səhifəni istifadəçilər “unlike” etməlidirlər ki, şirkətin
diqqətini bura cəlb edək.

Mütəxəssislər digər bir effektiv variant kimi Facebook-un ölkədə
bağlanmasını təklif edilər. Təbii ki, bu addım şirkətin haqlı tələblərə
biganə qalmasından sonra atılmalıdır.

Qeyd edək ki, Türkiyədə də bu yaxınlarda həmin praktikadan istifadə
edilib. Hökumət əleyhinə səhifələrin və yazıların yığışdırılmasını tələb
edən qonşu ölkə Twitter və Youtube kimi nüfuzlu şəbəkələrin ölkədə
istifadəsini qadağan etmişdi. Bundan sonra danışıqlara getməyə məcbur
qalan şirkətlər Türkiyənin haqlı iradlarını qəbul etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=17135

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728