Eynşteynin Atatürkə yazdığı xahiş məktubu: ilginc fakt

12.02.2015 - 15:13
Dahi alim Atatürkə özünü belə təqdim edir: “sabiq xidmətkarınız olmağı özünə şərəf
bilən professor Albert Eynşteyn”

 
Dahi fizik, Nobel mükafatı laureatı Albert
Eynşteynin dünyanın ən böyük lideri saydığı Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürklə yollarının necə kəsişməsi, eləcə də
Atatürkün Eynşteynə göstərdiyi xoş münasibət haqda modern.az-ın araşdırmasını diqqətinizə çatdırırıq

Çıxılmaz vəziyyətdə qalan Eynşteyn

1930-cu
illərdə Almaniyada qorxunc faşist rejimindən bezən yəhudi əsilli bir
çox elm, sənət adamları, eləcə də ictimai sektorun nümayəndələri
Türkiyəyə pənah gətirirdilər.Yeni qurulan Türkiyə hökuməti mühacirləri
qəbul etməklə yanaşı, onları mütəxəssisi olduğu sahələrdə də irəli
çəkirdi. Çox keçmir ki, Almaniyada təhlükəli hesab edilən, nasistlərin
qəbul etmədiyi elm adamları İstanbul və Ankara universitetlərində işlə
təmin olunur.

Atatürkün qurduğu gənc dövlət o
zaman təkcə Almaniyanın deyil, eləcə də bütün Avropanın – Macarıstan,
Çexoslovakiya, Avstriyanın vətənlərində qəbul olunmayan sakinlərinə
qucaq açdı. Ancaq Almaniyada vəziyyət tamamilə fərqli idi. Belə ki,
1932-ci ilin yazında keçirilən seçkilərdə nasist partiyası qalib gəldi
və sonradan dünya tarixini dəyişəcək Adolf Hitler kansler seçildi.

Bundan
sonra faşist partiyanın əsas hədəfi Almaniyada yaşayan yəhudiləri yox
etmək oldu. Bu səbəbdən xeyli sayda yəhudi Almaniyanı tərk etmək
məcburiyyətində qaldı. O zaman köç hazırlığı görən yəhudilərdən biri də
böyük alim Albert Eynşteyn olub. Berlin Universitetində çalışan alim
burada yaşaya bilməyəcəyini anlayıb tez bir zamanda Almaniyadan
ayrılmağı qət edir. 1933-cü ildə Parisə gedərək orada “Kollec de
Frans”da müəllimlik edir. Bu arada yəhudilər nasist təzyiqindən
qorunmaq üçün “Yəhudi nüfuzunu qoruma birliyi” adlı təşkilat yaradır və
Albert Eynşteyn onun fəxri sədri seçilir. Qurumun əsas işi hələ də
Almaniyada nasist təhlükəsi altında yaşayan yəhudi elm adamlarını xilas
etmək olur. Eynşteyn onları xilas etmək üçün bir çıxış yolu tapa
bilmişdi.

Eynşteynin çıxış yolu – Türkiyə

O,
1933-cü il iyunun 17-də Türkiyə hökumətinə xahiş məktubu göndərib.
Hökumətə, konkret olaraq baş nazirin ünvanına göndərilən bu məktub son
dərəcə nəzakətli ibarələrlə zəngin olub. Məktubda Eynşteyn o zaman
Almaniyada yaşayan alimlərin təhlükə altında olduğunu, eləcə də
işlərində ciddi əngəllər yarandığını qeyd edirdi.
Həmin məktubdan bir hissəni təqdim edirik:

“Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn”

“Almaniyada
təzyiqlər altında yaşayan 40-dan çox elm xadiminin və tibb
müətəxəssisinin Türkiyədə yaşayıb fəaliyyət göstərmələri üçün icazə
vermənizi xahiş edirəm.

Haqqında danışdığım
adamlar Almaniyada onlara qarşı tətbiq edilən qadağalar səbəbindən
fəaliyyət göstərə bilmirlər. Amma onlar kifayət qədər təcrübə,
dünyagörüş və savada malik olduğundan yaşayacaqları hər hansı ölkəyə
fayda verəcəklərinə əminəm. Bu 40 insan bizim birliyə göndərilən
çoxsaylı müraciətlər arasından seçilərək sizin ölkəyə tövsiyə edilir.

Onları
qəbul etdiyiniz təqdirdə yüksək insani nümunə göstərməklə yanaşı,
həmçinin öz ölkəniz üçün də faydalı nəsə etmiş olacaqsınız. Bunu deməklə
ən azından özündə cəsarət tapan, sabiq xidmətkarınız olmağı özünə şərəf
bilən professor Albert Eynşteyn”.

Əvvəlcə rədd cavabı, sonra…

Eynşteyn
bu məktubu göndərən zaman Türkiyədə baş nazir İsmət İnönü idi. İnönü bu
işi təhsil naziri Rəşid Qalibə həvalə edir. Nazirliyin məktuba verdiyi
cavab çox qısa olur: “Dövlətimizin bugünkü şəraitini nəzərə alaraq
şərtlərinizin qəbul olunmadığını bildiririk”.

Lakin
bu cavab hər şey demək deyildi. Sonradan Atatürkün işə baş qoşmasından
sonra məsələ həllini tapır. Həmin məktub Təhsil Nazirliyi tərəfindən
rədd edilsə də, dahi rəhbər Atatürkün müdaxiləsindən sonra Almaniyadan
yəhudi əsilli elm adamları, tibb mütəxəssisləri Türkiyəyə dəvət olunur
və işlə təmin edilir.
Bəzi mənbələrə əsasən, Eynşteyn
məktubu birbaşa Atatürkün özünə yazır. Hər halda, məktubu təsdiq edən
məhz Mustafa Kamal olur. Bu hadisə sonradan böyük Eynşteynin Atatürkə və
Türkiyəyə olan sevgisini artırır. İş o yerə çatır ki, Eynşteyn bir
müddət Türkiyəyə, orada çalışan dostlarının yanına getməyi qərara alır.
Deyilənlərə görə, Atatürk də buna maraqlı olur. Amma sonradan bu
fikrindən vaz keçir. Amma Atatürkün onun məktubuna cavab verməsindən
təxminən15 il sonra Eynşteyn Amerikada onunla görüşən türkiyəli
professor Münir Ülgürə Atatürkə olan münasibətindən və Türkiyəyə nə
səbəbə gəlməməsindən danışır. Hazırda təqaüddə olan yaşlı professor M.
Üzgür o görüşü bu cür xatırlayır:

“1948-ci ildə
İstanbul Texniki Universitetindən Amerikaya ezam olundum. Məni “General
Elektrik” şirkəti seçdi, lakin orada işləməyim üçün imtahandan keçməyim
lazım idi. Bir profeessor gəldi, çox çətin imtahandan uğurla keçdim.

Filadelfiyada
iki il yarım yaşadım. Eynşteynin Prinsetton Universitetində çalışdığını
bilirdim. Onunla görüşməyi qərara aldım. Doğrudur, onun zaman
məhdudluğunu və görüşlərə çox da önəm vermədiyini bilirdim. Amma
daxilimdə bir istək var idi ki, onunla görüşüb söhbət edim. Assisentinə
zəng vurdum və gözləmədiyim halda dərhal razılıq cavabı aldım. Cavabda
bildirildi ki, Eynşteyn sizi filan saatda öz ofisində gözləyir.

Həyat
yoldaşımı və 3 yaşlı qızımı götürərək deyilən vaxtda onun ofisinə
getdim. Bizi həddindən artıq xoş bir sima ilə qarşıladı. Onda fövqəladə
bir sadəlik var idi. Üç yaşlı qızımla tez dostlaşdı. Onu dizlərinin
üstünə oturdaraq bərabər piano ifa etdilər. Xeyli söhbət etdik. Söhbət
əsnasında bildim ki, bizi qəbul etməyinin səbəbi Atatürk amili olub.
Anladım ki, Eynşteyn yəhudi alimlərinə Atatürkün göstərdiyi xoş
münasibətdən sonra ona rəğbəti artıb. Məndən “siz bilirsinizmi, dünyanın
ən yaxşı liderinə sahibsiniz”, – deyə soruşdu.

Atatürkə
dərin rəğbəti var idi. Sonra əlavə etdi ki, 1933-cü il hadisələrində
məktubda yazdığı 40 alimlə bərabər özü də Türkiyəyə gəlmək haqqında
düşünüb. Amma Fransada şəraitin yaxşı olması onu fikrindən daşındırıb.
Buna baxmayaraq, o, Türkiyədə çalışan alim dostları ilə tez-tez
məktublaşırmış”.

Həmin alimlər

Müharibə
illərində güclənən faşist rejimi Avropanın müxətlif ölkələrindən
yəhudilərin yerləşmə prosesini dayandırmasını və ərazilərində
məskunlaşanların Almaniyaya təhvil verməsini tələb edir. Bu
tələbnamələrdən biri də Hitlerin öz xətti ilə Türkiyənin baş naziri
İsmət İnönüyə yazdığı məktubdur. Məktubda “ölkənizdə olan yəhudiləri
bizə təhvil verin, biz sizə onlardan daha yaxşılarını göndərə bilərik”
fikri qeyd olunurdu. Amma İnönünün cavabı daha konkret və sərt olur:
“Biz elə bizdə olan yaxşılarla da kifayətlənirik”.

Eynşteynin
məktubda yazdığı bir qeyd sonradan özünü doğruldur. O, məktubda
alimləri qəbul etdiyi surətdə Türkiyənin özünün də çox şeylər
qazanacağını diqqətə çatdırırdı. Zaman göstərdi ki, böyük fizik
həqiqətən də bu yanaşmasında tam haqlı imiş. Belə ki, İstanbul, Ankara
və başqa universitetlərdə çalışan həmin alimlər tibb, biologiya, kimya,
fizika və hüquq elmlərində əsl elmi inqilab yaratmağa nail olurlar.

Bu fakt onu göstərir ki, elm hər zaman tarixin yaralarını dezinfeksiya etməklə məşğul olub.


Elmin NURİ

Short URL: http://www.cumhuriyyet.net/?p=17140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930