Ağstafada 5 Mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə bilik yarışı keçirildi…

03.03.2022 - 11:59

01 mart 2022 – çi il tarixdə Ağstafa rayon Gənclər və idman idarəsi və Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “5 Mart Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş bilik yarışına start verildi.

İdarənin mətbuat xidmətindən MEDİAXEBERLERİ.AZ-a verilən məlumata görə, tədbirin rəsmi açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Açılış mərasimində çıxış edən Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev , şəhər 2 saylı tam orta məktəbin direktoru Vəfa Tağıyeva çıxış edərək ölkədə idman siyasətinin uğurla aparıldığını , beynəlxalq səviyyəli idman yarışlarında Azərbaycanlı idmançıların hər zaman yüksək nailiyyətlər əldə etdiklərini yarış iştirakçılarının nəzərinə çatdırdılar.

Rəsmi açılış mərasimindən sonra münsiflər heyəti tərəfindən yarış iştirakçılarına Bədən tərbiyəsi və idman sahəsinə aid maraqlı suallar səsləndirildi. 5 mart 2022-ci il tarixdə bilik yarışının qalibləri Agstafa rayon Gənclər və idman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=171411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930