Təhsil Nazirliyi TQDK-nı “neprav” çıxartdı
Təhsil Nazirliyi qəbul imtahanlarında toplanan balların
ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0-200 bal =
“2”, 200-300 bal = “3”, 300-500 bal = “4”, 500-700 bal = “5”)
uyğunlaşdırılması əmsalını düzgün hesab etməyib.
Təhsil Nazirliyi KİV-də
təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daxil olan
sualları ümumiləşdirərək onları cavablandırıb. Məsələn, “Qəbul
imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5
ballıq sistemə (0-200 bal = “2”, 200-300 bal = “3”, 300-500 bal = “4”,
500-700 bal = “5”) uyğunlaşdırılması əmsalı doğrudurmu” sualına cavabda
qeyd olunub ki, “belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür
müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”.
“Son illər məktəb məzunlarının nəticələri yüksəlir yoxsa enir”
sualına nazirliyin cavabında isə bildirilib ki, son 3 ildə ölkədəki
ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
keçirilir: “2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış
(yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idisə, 2013-cü ildə
bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci
sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idisə,
2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər
artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın
müsbətə doğru dəyişdiyini təsdiqləyir”.
Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması
mümkünlüyü ilə bağlı suala gəlincə, qeyd olunub ki, yuxarı siniflərdə
davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə
proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=17145