İlham Əliyev Maya Sandu ilə telefonla danışıb – YENİLƏNİB

03.03.2022 - 22:00

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

***

17:52

Azərbaycan Prezidenti İlham Əliyev ilə Moldova Prezidenti Maya Sandu arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Twitter” hesabında yazıb.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Moldova və regiondakı cari hadisələri müzakirə etdik. Azərbaycanla enerji sektoru da daxil olmaqla ticarət-iqtisadi əməkdaşlığımızın intensivləşdirilməsi yollarını axtarmağa davam etmək barədə razılığa gəldik”, – deyə Prezident bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=171454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930