Tarixi keçmişi özündə əks etdirən “İsrafil Ağa hamamı” adı ilə tanınan bina Mədəniyyət Nazirliyinin balansına verilib

04.03.2022 - 17:52

Qazaxda “İsrafil Ağa hamamı” adı ilə tanınan tarixi bina Nazirlər Kabinetinin sərəncamı ilə yerli əhəmiyyətli tarixi abidə kimi Azərbaycan Respublikası mişdir
Qazax rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat İdarəsinin balansında olan “İsrafil Ağa hamamı” adı ilə tanınan hamam Nazirlər Kabinetinin sərəncamı ilə yerli əhəmiyyətli tarixi abidə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilmişdir.Hamamı Qazax diyarında tanınmış sahibkar İsrafil Ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib. Buna görə də hamam onun adı ilə tanınır. Tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisi həm də turizmin inkişafı üçün dəyərli abidədir.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, baş məsləhətçi, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, baş məsləhətçi, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev təhvil-təslim prosesində iştirak etmişlər.
Həmçinin, idarə rəisi Nurəddin Mehdiyev Qazaxda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171478

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930