ABŞ-ın yeni səfiri Bakıya gəldi
ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cekuta bu gün axşam saatlarında Bakıya gəlib.
“Mən Bakıya gəlməyimə şadam, bir azdan mənim ailəm də Bakıya gələcək” – deyə Robert Sekuta Bakı aeroportunda qısa birifinq zamanı bildirib.
Virtualaz.org saytı xatırladır ki, R.Sekuta bu posta ötən il dekabrın 16-da təyin edilib.
R.Cekuta bundan əvvəl dövlət katibinin Enerji Resursları üzrə Bürosunda çalışıb. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edib. Robert Cekuta diplomat kimi Tokioda və Berlində də xidmət edib.
Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=17152