Yunanıstan yığması erməniyə tapşırıldı
Yunanıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Məlumata görə, Yunanıstan Futbol Federasiyası komandanı SerС…io Markaryana tapşırıb.
Erməni əsilli uruqvaylı mütəС…əssislə 2015-ci ilin sonunadək müqavilə imzalanıb. 70 yaşlı baş məşqçiyə Nikos Kostenoqlu və Ronald Marsenaro yardım edəcək. Yunanıstan AVRO-2016-ya vəsiqə qazansa, Markaryanın müqaviləsi final mərhələsinin sonunadək uzadılacaq.
Qeyd edək ki, Markaryan indiyədək Paraqvayın “Olimpiya”, “Sol de Amerika”, “Serro Porteno”, “Libertad”, Perunun “Universitario”, “Sportinq Kristal”, Yunanıstanın “İonikos”, “Panatinaikos”, “İraklis”, Meksikanın “Kruz Azul”, Çilinin “Universidad de Çili” və Uruqvayın “Danubio” klublarını çalışdırıb. Erməni mütəС…əssis Paraqvay və Peru yığmalarına da başçılıq edib (ANS PRESS).
Short URL: http://www.cumhuriyyet.net/?p=17154