“Zelenskini öldürsələr, nə baş verər?” – ABŞ dövlət katibinin müəmmalı cavabı

07.03.2022 - 18:13

Rusiya-Ukrayna müharibəsi başlayandan ən çox maraq edilən mövzulardan biri də Ukrayna prezidenti Vlodimir Zelenskinin öldürülməsi halında nə baş verə biləcəyi haqdadır. Yada salaq ki, prezident Zelenski müharibənin ilk günlərində Rusiyanın hədəfinin onun və ailəsinin fiziki məhvi olduğu deyib. Kiyevin mühasirəsinin daraldığı bir vaxtda Zelenskinin taleyi ilə bağlı sualları artırıb.

Son bir həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı azı 3 sui-qəsd cəhdi olduğu barədə Böyük Britaniyanın “The Times” nəşri məlumat yaymışdı.

Qəzet yazırdı ki, Ukrayna prezidentinin qətlə yetirilməsi üçün iki fərqli qruplaşma göndərilib. Bunlar “Vaqner” adlı özəl hərbi şirkətin muzdluları və çeçen xüsusi təyinatlılardır: “Hər səfərində sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları sayəsində alınıb”.

Bildirilir ki, “Vaqner” şirkətinin muzdluları Kiyevdə öz sui-qəsd cəhdləri zamanı itki ilə üzləşiblər. Həmçinin, ötən həftə Kiyev yaxınlığında çeçen dəstəsinin sui-qəsd cəhdinin qarşısı alınıb və dəstə zərərsizləşdirilib.

Amerikanın CBS kanalına danışan Blinken isə Zelenskinin gələcəyini və Rusiya-Ukrayna müharibəsini dəyərləndirib. Zelenskinin bir neçə dəfə görüşdüyü liderlərə “Bu, son görüşümüz ola bilər” dediyini xatırladan, aparıcının “Rusiya Zelenskini öldürsə nə olacaq? Ukraynada onun olmadığı bir administrasiyaya dəstək vermək üçün fövqəladə bir planınız varmı” sualına Blinken “Ukraynalıların bununla bağlı detallarını açıqlamadığım planları var, amma onu deyə bilərəm ki, biz administrasiyanın bu və ya digər şəkildə davam etməsini istəyirik” cavabını verib.

Blinkenin bu cavabı Rusiya mediasında diqqətlə qarşılanıb. İddia olunur ki, ABŞ son günlər Vaşinqtonu və NATO sərt tənqid edən Zelenskindən narazıdır və Blinkenin onu gözdən çıxarmasının səbəblərindən biri də prezidentin bu sərt mövqeyidir.

Yada salaq ki, Ukrayna prezidenti son müraciətində də Ukrayna üzərində uçuşa yasaq bölgə tələbinin cavabsız qalması, müdafiə üçün ABŞ və Avropanın onlara təyyarə verməməsini sərt tənid edib. Zelenski sosial şəbəkədə yayımladığı videoda dünya liderlərinə uçuşa qadağa zonası yaradılması tələbini yenidən dilə gətirib.

Zelenski Ukrayna və Rusiya vətəndaşlarına müraciət etdi

“Biz xalqıq və bizi qorumaq sizin insani borcunuzdur. Bunu edə bilərsiniz. Heç olmasa, özümüzü qorumaq üçün bizə təyyarə verməsəniz, bu, yalnız bir anlama gələcək: Siz də bizim yavaş-yavaş ölməyimizi istəyirsiniz”, – deyə Zelenski bildirib.

Maraqlıdır ki, bir neçə gün əvvəl ABŞ-ın ən böyük tirajlı qəzetlərindən olan “Washington Post” ABŞ və müttəfiqlərinin səssizcə Ukraynada uzun sürən mübarizəyə və mühacir Ukrayna hökuməti qurulmasın hazırlaşdığını yazıb.

Qəzetin ABŞ və Avropadan olan mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirəcəyi və ölkəni işğala qarşı qanlı və uzun sürən üsyana zəmin hazırlayacağına inanıldığı bildirilib.

ABŞ-ın Ukraynaya verdiyi silah yardımının uzunmüddətli dövr üçün həyati əhəmiyyət daşıdığı bildirilən xəbərdə ABŞ Dövlət Departamenti və Pentaqonun Rusiya qoşunlarının Kiyevi tamamilə ələ keçirməsi ehtimalına qarşı Ukrayna prezidenti Vladimir Zelenski və komandasının qaçması üçün planlar hazırladığı qeyd edilib. “Hazırda hər ehtimala, o cümlədən Zelenskinin Polşada mühacirət hökuməti qurması ssenarisi də daxil olmaqla, fövqəladə durum üçün planlar qururuq”, – adı açıqlanmayan rəsmi deyib.

Bildirilir ki, Zelenski bu prosesdə ABŞ rəsmiləri ilə daha təhlükəsiz yerə köçmək məsələsini müzakirə etdiyi və Kiyev işğal ediləcəyi təqdirdə təhlükəsizlik qüvvələrinin Zelenskini və kabinet üzvlərini dərhal başqa yerə köçürmək planlarının olduğunu bildirib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171549

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930