Əliyev-Ərdoğan görüşündə müzakirə edilənlər – Hikmət Hacıyev AÇIQLADI

11.03.2022 - 18:50


“Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada müharibənin dayandırılması və sülhün təmin edilməsi istiqamətində səylər davam etdirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə etdiyi səfərdən də danışıb.

“İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik zəminində inkişaf edən əlaqələrin müxtəlif aspektlərini nəzərdən keçiriblər.

Bu xüsusda Azərbaycanla Türkiyə arasında enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılıb. Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd etmək lazımdır. Azərbaycanla Türkiyə birgə səylərlə bu konsepiyasını inkişaf etdirirlər. Burada İğdır-Naxçıvan yolunun çəkilməsi məsələsi də dayanır”,-deyə Hikmət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi bildirib ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Avropaya qaz ixracının artırılmasını da müzakirə ediblər.

“Eyni zamanda dövlət başçıları hərbi-texniki əməkdaşlığı da müzakirə ediblər. Azərbaycan ordusunda müxtəlif modernləşmə işləri aparılır və bu, Türkiyə ilə əlaqələndirilmiş şəkildə baş verir. Dövlət başçıları Ukrayna məsələsini də müzakirə edib”,-deyə Hikmət Hacıyev bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930