Aslan Aslanovun qisas əməliyyatında “qara kəmər” generalının adı

13.02.2015 - 01:37

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində
təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin və
10 il həbs cəzası verilən Lamiyə Quliyevanın başına gətirilənlər ölkə
gündəminin əsas mövzusu olaraq qalır. Vaxtilə Vüqarın nişanlısı olmuş
Lamiyə Quliyevanın 4 saylı Cəzaçəkmə Müəssisəsində ana olması xəbərinin
yayılmasından sonra ortaya çıxan faktlar böyük ictimai rezonans doğurub.
Hazırda cəzası sonradan 5 il 6 ay artırılan L.Quliyevanın həbsxanada
necə ana olmasından çox, ona və keçmiş nişanlısına qarşı qisasçılq
zəminində həyata keçirilən cəza tədbirləri ictimaiyyətin diqqət
mərkəzindədir.

3xzBelə ki, Aslan Aslanovun oğlunun qətlinin əsl səbəbini gizlətmək üçün həm Vüqar Əliyevə, həm də Lamiyə Quliyevaya istintaq dövrü və həbsdə olduqları vaxt ağır işgəncələr verildiyinə,
sifarişlə cəzalarının artırıldığına, onların öldürülməsinə cəhd
olunduğuna dair çoxsaylı məlumatlar yayılıb. Bu azmış kimi hər iki
məhkumun bütün ailə üzvləri repressiyalara məruz qalıb. Artıq bütün bu
və digər faktlar Respublika Prokurorluğu tərəfindən araşdırılmaqdadır.
Bu istiqamətdə vəkillər də müvafiq materiallar toplamağa başlayıblar.
Elə bu məqsədlə vəkili Adəm Məmmədov bu günlərdə müvəkkili Vüqar
Əliyevlə görüşüb. Qobustan Qapalı Həbsxanasında baş tutan görüşdə
ömürlük cəzaya məhkum edilən V.Əliyev vəkilinə başına gətirilən
müsibətlərin təfərrüatlarını açıqlayıb. Bu haqda saytımızda məlumat verildiyindən təkrarlamaq istəmirik.

1adAncaq vəkil A.Məmmədovun
Vüqar Əliyevlə görüşünə dair açıqlamasında diqqətimizi çəkən bir məqam
oldu ki, onun üzərinə yenidən qayıtmağı lazım bildik. Belə ki, vəkil
A.Məmmədovun sözlərinə görə, Vüqardan həbs olunması ilə bağlı
soruşduqda, onun cavabı belə olub: “Vüqar həbs olunandan sonra
Şəmkir Rayon Polis İdarəsində ona amansız işgəncələr verilib. Həmin vaxt
orada iştirak edən, sonradan ömürlük cəza verilərək Qobustan
həbsxanasına göndərilən generalla orada təsadüfi görüşü olub. Vüqar
Əliyevə “Vüqar müəllim” deyə müraciət edən sabiq generala o, “Mən
müəllim deyiləm, Vüqaram! Xatırlayırsınızmı mənə verdirdiyiniz
işgəncələri” deyə sual edib. Ona “o zaman siz vəzifənizdən sui-istifadə
edib mənə işgəncələr verilməsinə fərman verənlərlə eyni cərgədə idiz,
indi isə siz də mənim kimi dustaqsınız” deyib. Sabiq general isə susub…
Bu, Allahın ədalət nişanələrindən biridir ki, haqsızlıq edənə cəza Allah
tərəfindən verilir…” .

Qeyd edək ki, hanssısa səbəbdən vəkil A.Məmmədov həmin generalın
adını çəkməyib. Ancaq “AzPolitika.info” kiçik araşdırma aparmaqla bu
generalın adını müəyyənləşdirə bilib.
Belə ki, məlum olduğu kimi, Aslan Aslanovun oğlu Ruslanı qətlə
yetirməkdə təqsirləndirilən Vüqar Əliyev və Lamiyə Quliyeva 2003-cü ilin
mayında həbsə alınıblar. Yəni, Vüqar Əliyevin həbs olunandan sonra ona
Şəmkir Rayon Polis İdarəsində amansız işgəncələr verməkdə ittiham etdiyi
sabiq general həmin vaxt azadlıqda olub – 2003-cü ildən sonra həbs
edilib.
1za2003-cü
ildən sonra həbsə alınıb, ömürlük azadlıqdan məhrum edilmə cəzasına
məhkum edilən və Qobustan Qapalı Həbsxanasına göndərilən yeganə general
isə vaxtilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin
rəisi olmuş Zakir Nəsirovdur.

Xatırladaq ki, Z.Nəsirov 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin
keçirdiyi В«Qara kəmərВ» əməliyyatından sonra həbs olunub. Ona işçisi
olmuş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat
müvəkkili Hacı Məmmədovun adam oğurluqları və sifarişli qətllər həyata
keçirən dəstəsini himayə etməklə bağlı ittihamlar verilib. Z.Nəsirov isə
məhkəməsində bu ittihamları rədd etsə də, ona ömürlük həbs cəzası
verilib.
İstintaq dövrü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq
təcridxanasında saxlanan sabiq general məhkəmənin hökmündən sonra
Qobustan Qapalı Həbsxanasına köçrülüb.
Böyük ehtimalla, Vüqar Əliyevə “Vüqar müəllim” deyə müraciət edən sabiq general da məhz Zakir Nəsirovdur.
Sabiq general Zakir Nəsirovun həmin vaxt Şəmkirə bu qətl işini
araşdırmaq üçün ezam olunduğu, yoxsa Aslan Aslanovla dost olduğu üçün
getdiyi isə məlum deyil. (azpolitika.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=17167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930