İcra başçısının milyon yarımlıq villası və maklerə atılan 10 min manat
Beyləqanın icra başçısı Vaqif Abdullayev Teymur Əliyev küçəsində dəyəri 1,4 milyon manata
villa tapdığı üçün maklerə 10 min manat ödəməli imiş, amma…

villa tapdığı üçün maklerə 10 min manat ödəməli imiş, amma…
əhalilə normal rəftar etməməklə yanaşı, əlverişli məqamda yalnız şəxsi mənfəətləri
üçün səy göstərirlər. Misal kimi, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif
Abdullayevi göstərmək olar. Belə ki, əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun
Aşağı Şorca kəndindən olan icra başçısı rəhbərlik etdiyi rayonun sakinlərini narahat
edən problemi həll etməkdə maraqlı görünmür. Bu barədə redaksiyamızı bilgiləndirən
məlumatlı şəxs iddia edir ki, 5 övlad atası olan Vaqif Abdullayev Beyləqanın inkişafı
üçün deyil, məhz maraqlarının təmin olunması üçün çalışır: В«O, indiyədək müxtəif
vəzifələrdə işləyib. Məsələn, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti
İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan
Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində çalışıb. İkinci
çağırış Milli Məclisin deputatı olub. Daha sonra Xızı Rayon İcra Hakmiyyətinin başçısı
olub. Hazırda isə Beyləqan rayonuna rəhbərlik edir. Onun icra başçısı kimi fəaliyyəti
beyləqanlıların kəskin narazılığına səbəb olur. Çünki ölkə başçısı tərəfindən təsdiq
edilən Dövlət Proqramları çərçivəsində Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə
nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdankənar xərclərə
sərf olunur. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin
ən geridə qalmış rayonlarından birinə çevrilib. 2012-ci ildən indiyə qədər tikinti-abadlıq
işləri aparılmayıb. Su təchizatı və kanalizasiya sistemi bərbad haldadır. Bu sahənin
yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitlərdən düzgün istifadə olunmur.
O, əhalilə görüşlər keçirmək, camaatın dərd-sərilə maraqlanmaq əvəzinə vaxtının
böyük hissəsini paytaxtda keçirir. Beyləqanın kəndlərində isə vəziyyət tamam bərbad
haldadır. Bütün bunlara görə, birbaşa icra başçısı məsuliyyət daşıyırВ».
Dövlət büdcəsindən
rayona ayrılan subsidiyaların lazımı ünvana çatmadığını vurğulayan məlumatlı şəxsin
sözlərinə görə, icra başçısı özünə nəhəng biznes şəbəkəsi qurmağa müvəffəq olub:
В«Vaqif Abdullayevin kifayət qədər imkanı var və o, bütün bunları büdcə vəsaitləri
hesabına əldə edib. Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini
də əldə edib. Vaqif Abdullayevin 5 övladı olduğu üçün o, onların hər birinə lazımı
şərait qurub, hətta hərəsinə bir villa da alıb. Lakin övladlarından biri villasız
qaldığı üçün bu, icra başçısını hərəkətə keçirib. Və o, artıq 5-ci övladına da villa
alıbВ». Mənbənin bildirdiyinə görə, Vaqif Abdullayev sonuncu villasını bu yaxınlarda
paytaxtın ən məşhur küçələrindən biri olan Teymur Əliyevdə alıb: В«Bildiyiniz kimi,
bu ərazi əsasən imkanlı şəxslərin, daha doğrusu milyonçuların məskənidir. Vaqif
Abdullayev də sonuncu villasını məhz burdan əldə edib. Ona bu işdə əslən İsmayıllı
rayonundan olan makler yardımçı olub. Tərəflər arasında əldə olunmuş razılaşmaya
görə, makler Teymur Əliyev küçəsində icra başçısı üçün dəyəri 1,4 milyon manata
villa tapdığı üçün Vaqif Abdullayev ona 10 min manat ödəməli idi. Lakin məsələ həll
olunduqdan sonra icra başçısı verdiyi sözə əməl etməyib. Yəni o, maklerə 10 min manat
verməkdən imtina edib. Bununla da Vaqif Abdullayev ona yardımçı olmuş şəxsə kələk
gəlibВ».
Məlumatlı
şəxs iddia edir ki, həmin makler icra başçısından ona söz verilən məbləği almaqda
israrlıdır: В«İsmayıllıdan olan makler nəyin bahasına olursa-olsun 10 min manatı Vaqif
Abdullayevdən almağı planlaşdırır. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq.
Yəni icra başçısı ilə makler arasındakı villa qalmaqalı böyüyə, əhatə dairəsini
genişləndirə və sonda lazımı qurumlar bundan xəbərdar ola bilərlər. Heç şübhəsiz
ki, bu baş verərsə, o zaman Beyləqanın icra başçısının başı ağraya, hətta vəzifəsindən
ola bilərВ».
Məsələ ilə
bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=17168