Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

12.03.2022 - 16:52

Ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında çətinliklər yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a verilən xəbərə görə, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yollarında qarın yaratdığı fəsadların aradan qaldırılması üçün dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları cəlb edilib.

Aidiyyəti taqımların məkdaşları yol təsərrüfatı işçiləri ilə birgə gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb etməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib.

Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=171686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728